Baş Göynük
Kənd
Baş Göynük
Xəritəni aç/bağla
|
Baş Göynük — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.
Tarixi
Şin çayının (Əyri-çayın qolu) sol sahilində, Qoçumırıq silsiləsinin Şimal qərb ətəyindədir. Toponim cox vaxt Koynuk variantında da işlənir. XIX əsrin əvvəllərində Goynuk adlı kənddən bir qrup ailə ayrılaraq 10 km. Aşağıda düzənlik sahədə yeni məntəqə (Aşağı Goynuk) yaratdıqdan sonra toponimin əvvəlinə baş sözü əlavə edilmişdır. Ehtimal edilir ki, Goynuk yaşayış məntəqəsini orta əsrlərdə Kicik Asiyada adı çəkilən Goynuk mahalından və ya eyniadlı qaladan gəlmiş ailələr salmışlar. Oykonim "yuxarıda yerləşən Goynuk kəndi" deməkdir. Goynuk/goyruk Azərbaycan toponimiyasında "yaşıl sahə, otlu sahə" mənasını ifadə edir. Koynuk variantı isə "kənd, el, məskun yer" mənasını bildirir[2].
Coğrafiyası və iqlimi
Baş Göynük kəndi Şəki rayonunun şimal-qərb hissəsində yerləşir. Kənd Böyük Qafqaz dağlarının ətəyində yerləşdiyi üçün sərt qışı və mülayim isti yayı ilə fərqlənir. Azərbaycanın ən çox selli çaylarından biri olan Şin çayı da bu kəndin ərazisindən keçir. Bu çayın uzunluğu 36 km-dir.
Əhalisi
2009-cu il siyahıya alınmasında əhalinin sayı 13260 nəfər təşkil edib. [Mənbə göstərin]
Görkəmli şəxsiyyətləri
- Ibrahim Məmmədov — kimya elmləri doktoru, professor;
- Rafiq Səmədov — Professor, alim;
- Gülarə Qədirbəyova (Köylü qızı Gülarə) — XX əsrin əvvəllərində nəşr olunan "Şərq qadını" jurnalının ilk redaktoru, məşhur maarifpərvər, ictimai xadim;
- Məhəmməd Cavadoğlu — XIX əsrin sonu, XX əsrin əvvəllərində Çar Rusiyasına (imperializmə) qarşı vuruşmuş xalq qəhrəmanı;
- Yaqub Mahmudov — millət vəkili, AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor;
- Qərib Calalov — AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor;
- Fərman İsmayılov — fəlsəfə elmləri doktoru, professor;
- Musa İslamov — filologiya elmləri doktoru, professor;
- Ziya Hacızadə — geologiya-minerologiya elmləri namizədi, professor;
- Baba Babazadə — ədəbiyyatşünas.
- Abid Şərifov - Azərbaycan Respublikasının Baş Nazirinin müavini
İqtisadiyyatı
Kənd əhalisinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur. Maldarlıq və əkinçiliyin yaxşı inkişaf etməsinə baxmayaraq yararlı torpaq sahələrinin kənddən uzaqda olması (10–15 km) maddi və vaxt itkisinə yol açır. Sovet İttifaqı dövründə Baş Göynük əsasən tütünçülük və baramaçılıq üzrə ixtisaslaşmış təsərrüfata malik idi və Şəki rayonunda bu sahələr üzrə əsas yeri tuturdu.
Meyvəçilik təsərrüfatda kiçik paya malik olsa da, qoz və fındıq bağları əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Kəndin meşələri cır meyvə ağacları ilə zəngindir.
Kəndin böyük turizm potensialı vardır. Yaşıl meşələr, uca dağlar, çaylar, bulaqlar, mülayim iqlim və s. turizm üçün böyük imkanlar açır.
Din
Kənddə Baş Göynük kənd məscidi dini icması fəaliyyət göstərir[3].
İstinadlar
- ↑ Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Baş Göynük // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. — Bakı: "Şərq-Qərb", 2007. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 304. — Səh.: 114. — ISBN 978-9952-34-155-3.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər. scwra.gov.az (azərb.)