Birinci Biləcik

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni '{{YM |ad = BİRİNCİ BİLƏCİK |xəritə = Seki.PNG |xəritə miqyas = 200px |xəritə məlumat = Şəki rayonu |xəritə1...' ilə yarat) tərəfindən edilmiş 23:51, 16 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Yaşayış məntəqəsi
Birinci Biləcik


Ölkə Azərbaycan
Rayon Şəki rayonu
Əhalisi 1399 nəfər
Poçt indeksi AZ5534[1]



Birinci BiləcikAzərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd[2].

Tarixi

Birinci Biləcik kəndi Alazan-Əyriçay çökəkliyindədir. Keçmişdə Biləcik adlanan bu kənd XVIII-XIX əsrlərdə İran əsarətinə və çarizmə qarşı mübarizə mərkəzlərindən biri olmuşdur. Kollektivləşmə illərində buradan köçmüş ailələr indiki İkinci Biləcik kəndini saldıqdan sonra Birinci Biləcik adlandırılmışdır. Biləcik kəndinin ilk sakinləri mənşəcə Türkiyənin Biləcik mahalından çıxmış və orta əsrlərdə burada məskunlaşmış ailələr hesab olunurlar[3].1734 -cü ildə Biləcikdə Nadir şaha qarşı böyük üsyan olmuşdur.Üsyançılar iki dəfə Nadirin sərbazlarına qalib gəlmişlər.Lakin Bərdədə qərarlaşan Nadirin özünün Biləciyə yürüşə hazırlaşdığını eşidən biləcikli 300 ailə kəndi tərk edərək Car-Balakənə çəkilməyə məcbur olmuşlar.Bütün bu hadisə haqqında bu üsyanın şahidi Molla Məhəmməd Carinin "Car müharibəsi salnaməsi" adlı əsərdə oxumaq olar.

Əhalisi

Kəndin əhalisi 1.399 nəfər təşkil edir.Kəndin əhalisi Azərbaycan türkləridir.Bəzi mənbələrdə bu kəndin 1570-ci illərdə Türkiyənin Biləcik vilayətindən gələnlər tərəfindən salındığı göstərilir.Türkiyəli tarixçilər isə əksinə Osmanlı dövlətini yaradan qayıların məhz Azərbaycandakı Biləcikdən gələrək Türkiyədə Biləcik şəhərinin əsasını qoyduğunu göstərirlər.Türkiyədəki Biləcik Osmanlı dövlətinin ilk paytaxtı olmuşdur.Bu gün Biləcik kəndinin əhalisinin dilində köhnə osmanlı şivəsinə aid sözlər hələ də işlədilməkdədir.

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Şəkidə fəaliyyət göstərən mədəni-maarif müəssisələri haqqında məlumat
  3. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.140

Şəki rayonunun yaşayış məntəqələri