Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Xanlar ağa

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]Xanlar ağaKateqoriya:Şəkidən çıxmış tarixi şəxslər {{Şəxs |A...' ilə yarat) tərəfindən edilmiş 02:33, 7 iyul 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Xanlar ağa
Xanlar ağa Məhəmmədhüseyn xan oğlu
Xanlar ağanın baş daşı
Anadan olub -1780
Vəfat edib sentyabr 1793(1793-09-00)
Atası Məhəmmədhüseyn xan Həsən ağa oğlu
Anası Xeyrannisə xanım Şahverdi xan qızı

Xanlar ağa (-1780–1793) — Şəki xanı Məhəmmədhüseyn xanın oğlu. Anadan olduğu tarix məlum deyil. Anası Gəncə xanı Şahverdi xanın qızı Xeyrannisə xanım idi. Məhəmmədhüseyn xan 1780-cı ilin avqustunda öldürülərkən Xeyrannisə xanımın 20 yaşı vardı. O, Məhəmmədhüseyn xanın ölümündən sonra Qarabağ xanı İbrahim xanın oğlu Məhəmmədhəsən ağaya ərə gedir[1]. Başdaşı kitabəsində hicri 1207-ci ilin səfər ayında (8 sentyabr–6 oktyabr 1793) vəfat etdiyi göstərilib[2]. Həmin başdaşı Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Meşədixanım Nemətin yazdığına görə başdaşı muzeyə Şəki xan qəbiristanlığından gətirilmişdir[3]. Lakin mümkündür ki, başdaşı muzeyə Şəki xan qəbiristanlığından yox, Giləhli minarəsinin yanında vaxtilə mövcud olmuş qəbiristanlıqdan gətirilmişdir. Belə ki həmin qəbiristanlıq eroziyaya məruz qalaraq dagıldıqdan sonra oradakı yazılı baş daşıları müxtəlif muzeylərdə saxlanılmağa başladı.


İstinadlar

Ədəbiyyat

  1. Родсловная таблица ганджинских ханов // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1875. — Т. VI, часть вторая. — С. 905.
  2. Неймат М.С. 594 // Корпус эпиграфических памятников Азербайджана / ред. З. М. Буниятов. — Баку: XXI-YNE, 2001. — Т. II : Арабо-персо-тюркоязычные надписи Шеки-Закатальской зоны : ХIV век. — 102–103 с. — 1.000 экз.
  3. Неймат М.С. 594 // Корпус эпиграфических памятников Азербайджана / ред. З. М. Буниятов. — Баку: XXI-YNE, 2001. — Т. II : Арабо-персо-тюркоязычные надписи Шеки-Закатальской зоны : ХIV век. — 211 с. — 1.000 экз.