Tahir Həmidli

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış rəssam...' ilə yarat) tərəfindən edilmiş 20:45, 20 sentyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Tahir Həmidli
Həmidli Tahir Əhmədiyyə oğlu
Tahir Həmidli
Tahir Həmidli.
Doğum tarixi 6 yanvar 1953 (1953-01-06) (71 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu (1968–1972)

 • N.Ostrovki adına Daşkənd Teatr və Rəssamlıq İnstitutu, qrafika fakültəsi (1972–1978)
Üslub dekorativ tətbiqi sənət
Atası Həmidov Əhmədiyyə Cəfər oğlu (1910-–975)
Anası Məmmədova Zeynəbxatun Saleh qızı (1924–2011)
Uşaqları İlkin və Əhməd
Həyat yoldaşı Həmidli Səhər Şahid qızı
facebook səhifəsi

Tahir Həmidli — Azərbaycan Rəssamlar İttifaqı Şəki Təşkilatının sədri, Şəki Dövlət Rəsm Qalereyasının sabiq direktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının sabiq baş müəllimi.

Daş hissələri üzərində rəngli şəkillər çəkən rəsam kimi tanınır. Şəkidə Sülh meydanında “Üç güyüm” kompozisiyanın və Şəki şəhərinin gerbinin layihəsinin müəllifidir.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2006-cı ildə Şəkiyə səfərləri çərçivəsində yeni bərpa olunmuş Şəki xanlarının sarayı ilə tanışlıq zamanı abidənin həyətində Tahir Həmidlinin 30 daşdan ibarət sərgi-kompozisiyasına baxıblar. Sərgi onların xoşuna gəlib və ali qonaqlar rəssama bu sahədə fəaliyyətini davam etdirməyi tövsiyə ediblər.

Haqqında məlumatlar

6 yanvar 1953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1959 – 1968-ci illərdə Şəki/Nuxa şəhər M.Qorki adınq 10 №-li orta məktəbində,

1968 – 1972-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumununda,

1972 – 1978-ci illərdə isə N.Ostrovki adına Daşkənd Teatr və Rəssamlıq İnstitutunun qrafika fakültəsində təhsil alıb.

Hərbi xidmətdə

1978 – 1980-cı illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1978-ci ildə Özbəkistan SSR Poliqrafiya və Kitab Ticarəti üzrə Dövlət Komitəsində (Daşkənd) redaktor,

1978 – 1980-cı illərdə Şəki şəhər mədəniyyət şöbəsində rəssam,

1982 – 1997-ci illərdə Şəki Dövlət Rəsm Qalereyasının direktoru,

1993 – 2018-ci illərdə əvvəl M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Şəki filialında, sonra Azərbaycan DövlətMüəllimlər İnstitutunun Şəki filialında, daha sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş müəllim vəzifəsində çalışıb.

Təltif və mükafatları

  • Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı (2019)

Digər

1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqı Şəki Təşkilatının sədridir.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Həmidli Tahir // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 166. — 600 nüsx. — ISBN 5-8066-1708-4.