Şəki hakimliyi
Jump to navigation
Jump to search
Şəki hakimliyi | ||||
| ||||
---|---|---|---|---|
İdarəetmə forması | Monarxiya | |||
Sülalə | Orlat; Qara keşiş nəsli | |||
əmir, hakim, xan, bəy | ||||
Şəki hakimliyi — təxminən XIV əsrin 84-cü ilindən başlayaraq 1551-ci ilə qədər, əsasən indiki Azərbaycan Respublikasının şimal-qərbində, qismən də indiki Gürcüstan Respublikasının şərqi və Rusiya Federasiyasının Dağıstan Respublikasının cənub ərazisində mövcud olmuş dövlət. Əvvəl monqol mənşəli Orlat sülaləsi tərəfindən, sonra isə islam dinini qəbul etmiş Qara Keşiş oğlu və onun nəslindən olan hökmdarlar tərəfindən idarə edilmişdir. Bu dövlətin ərazisi qərbdə Tiflis şəhəri yaxınlığından, şərqə – Qəbələ şəhəri yaxınlığına qədər, cənubda Kür çayından Böyük Qafqaz sıra dağlarına qədər,[1] hətta bəzi məlumatlara görə daha şimala – Dərbənd şəhəri yaxınlığına qədər uzanmışdı.[2][3]
Hökmdarlar
Orlat sülaləsindən olanlar
- Seyid Əli Orlat, təxminən 1393 — 1399
- Seyid Əhməd Orlat, 1399 — təxminən 1423/1424
Sülaləsi dəqiq məlum olmayanlar
- Əli inaq, ən geci 1435 — ən azı 1435
- Əbdülqafar, ən geci 1447/1448 — ən azı 1468/1469
- Şahhüseyn , ən geci 1497 — 1497
Qara keşiş nəslindən olanlar
- Əlican xan/Candar[q 1] Qara keşiş oğlu, 1444/45 — 1456/57
- Qutul xan (Əlican xanın oğlu), 1456/57 — 1468
- Zəki/Şəki xan[q 2](Qutul xanın oğlu), 1468 — 1488[q 3]
- Həsən sultan, ən geci 1519 — may, 1524
- Dərviş Məhəmməd xan (Həsən sultanın oğlu), may, 1524 — may, 1551
Qeydlər
- ↑ Bu şəxsin Əli İnaq ola bilməsi ehtimalı var. Şəki tarixlərində onun islamdan əvvəlki adının "Candar" olması göstərilir. Lakin mümkündür ki bu heç də onun adı yox, əslində rütbəsi idi. Belə ki həm "candar" və həm də "inaq" monqol hərbi rütbələri idi, özü də bu rütbələr bir-birinə çox yaxın rütbələr idilər. Mustafa ağanın Şəki tarixində onun yalnız Nuxnaın hakımı olması göstərilir (Bax: И. Л.Сегаль. Елисаветпольская губерня, Тифлис, 1902; yaxud, Хаджи Сеид Абдулгамид. Родословная шекинских ханов и их потомков, wostlit.info, комм.: 7). Hacı Seyid Əbdülhəmidin Şəki tarixində isə qeyd olunur ki, Candar Qara keşiş oğlu (1444 — 1445-ci illərdə (islam tarixi ilə – 848-ci il) islamı qəbul edərək Əlican adını gütürdü. O zamanlar digər torpaqlardan, xüsusi ilə də İrandan, Şəkinin hökmransız və xansız qalmasından istifadə edərək quldurlar və əmirin əskərləri tez-tez Şəkiyə hücüm edirdilər. Şəki əhalisi Əlicanı cəsur və ağıllı olduğuna görə Şəkinin xanı seçir. O, 861 (1456 — 1457) ildə vəfat edir.
- ↑ Mustafa ağanın "Şəki tarixi"ndə onun Şəki şəhərini tutması və paytaxt etməsi göstərilir (bax: И. Л.Сегаль. Елисаветпольская губерня, Тифлис, 1902; yaxud, Хаджи Сеид Абдулгамид. Родословная шекинских ханов и их потомков, wostlit.info, комм.: 7 ).
- ↑ Bu tarix yalnız Hacı Cəmil tərəfindən tərtib edilmiş nəsil şəcərəsində göstərilir; bax: Акты, собранные Кавказской археографической комиссией, том V, Тифлис, 1873, стр.: 1120.
İstinadlar
- ↑ И.П.Петрушевский. Академия наук Азербайджанской ССР; Сборник статей по истории Азербайджана, стр. 184, Баку, 1949.
- ↑ Иоанн де Галонифонтибус. Сведения о народах Кавказа (1404 г.) (Из сочинения «Книга познания мира»). Перевод с лат. на анг. и комментарии Л. Гарди. Перевод с анг. и предисловие З.М. Буниятова. стр: 13-14 Баку, 1980.
- ↑ A.Məmmədov. İoann de Qalonifontibusun "Qafqaz xalqları haqqında məlumat"ı.
Mənbələr
- И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджан и Армении в XVI - начале XIX вв., стр. 35; 72, Ленинград, 1949.
- Şəki xanlığının tarixindən, Bakı, 1993.
Xarici keçidlər
- Mahmud İsmayıl."İki od arasında". Bakı. "Gənclik" nəşriyyatı. 1993 oxu (azərb.)