Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:47, 3 noyabr 2024 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rəşid bəy Əfəndiyev adına Şəki Tarix Diyarşünaslıq Muzeyi
Rəşid bəy Əfəndiyev adına Şəki Tarix Diyarşünaslıq Muzeyi
Şəki Tarix-Diyarşünaslıq Muzeyinin binası.
Əsası qoyulub 1925
Mövzu arxeologiya, etnoqrafiya
Yerləşir Şəki, Qala divarları 1
Kolleksiyası 5000-dən çox eksponat
Direktor Vüqar Mustafayev
Telefon (+99424) 24 4 37 02
Commons-logo.svg Commonsda da Rəşid bəy Əfəndiyev adına Şəki Tarix Diyarşünaslıq Muzeyi ilə əlaqəli mediafayllar var

Rəşid bəy Əfəndiyev adına Şəki Tarix Diyarşünaslıq Muzeyi — 1925-ci ildən Şəkidə fəaliyyət göstərən diyarşünaslıq muzeyi.

Tarixi

Şəki Tarix-Diyarşünasliq Muzeyi 1925-ci ilin sentyabr ayında yaradılmışdır. 1980-ci ildən XIX əsrin birinci yarısında tikilmiş kazarma binasında yerləşir.

Muzeyin ümumi sahəsi 924 m²-dir. Bunun 724 m²-də ekspozisiya zalları yerləşir. Muzeydə Şəkinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını, mətbəxini əks etdirən 5000-dən çox eksponat nümayiş etdirilir. Eyni zamanda Böyük vətən müharibəsi (1941 – 1945-ci illər), Əfqanıstan və Qarabağ müharibələrində şəkililərin şücaətini dair stendlər quraşdırılmışdır.

Muzey aşağıdakı şöbələrdən ibarətdir:

  1. Təbiət
  2. Qədim dövr
  3. Etnoqrafiya
  4. Cumhuriyyət
  5. Elm,mədəniyyət,səhiyyə xadimləri
  6. Döyüş şöhrəti
  7. İpəkçilik
  8. Kənd təsərrüfatı
  9. Şəkinin süfrə və mətbəx mədəniyyəti
  10. Lektoriya

İstinadlar