Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi
Jump to navigation
Jump to search
Rəşid bəy Əfəndiyev adına Şəki Tarix Diyarşünaslıq Muzeyi | |
---|---|
Şəki Tarix-Diyarşünaslıq Muzeyinin binası. | |
Əsası qoyulub | 1925 |
Mövzu | arxeologiya, etnoqrafiya |
Yerləşir | Şəki, Qala divarları 1 |
Kolleksiyası | 5000-dən çox eksponat |
Direktor | Vüqar Mustafayev |
Telefon | (+99424) 24 4 37 02 |
Commonsda da Rəşid bəy Əfəndiyev adına Şəki Tarix Diyarşünaslıq Muzeyi ilə əlaqəli mediafayllar var |
Rəşid bəy Əfəndiyev adına Şəki Tarix Diyarşünaslıq Muzeyi — 1923-ci ildən Şəkidə fəaliyyət göstərən diyarşünaslıq muzeyi.
Tarixi
Şəki Tarix-Diyarşünasliq Muzeyi 1925-ci ilin sentyabr ayında yaradılmışdır. Muzey 1980-ci ildən XIX əsrin birinci yarısında tikilmiş kazarma binasında yerləşir.
Muzeyin ümumi sahəsi 924 m²-dir. Bunun 724 m²-də ekspozisiya zalları yerləşir. Muzeydə Şəkinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını, mətbəxini əks etdirən 5000-dən çox eksponat nümayiş etdirilir. Eyni zamanda Böyük vətən müharibəsi (1941 – 1945-ci illər), Əfqanıstan və Qarabağ müharibələrində şəkililərin şücaətini dair stendlər quraşdırılmışdır.
Muzey aşağıdakı şöbələrdən ibarətdir:
- Təbiət
- Qədim dövr
- Etnoqrafiya
- Cumhuriyyət
- Elm,mədəniyyət,səhiyyə xadimləri
- Döyüş şöhrəti
- İpəkçilik
- Kənd təsərrüfatı
- Şəkinin süfrə və mətbəx mədəniyyəti
- Lektoriya
İstinadlar
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |