Şablon:29 noyabr

Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 20:39, 3 dekabr 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Məmməd Cabbarov
Məmməd Cabbarov

Tanınmış iş adamı və xeyriyyəçi Məmməd Cabbarov (1927–1999) 29 noyabr 1927-ci il tarixdə Nuxa (indiki Şəki) şəhərinin Qışlaq kəndində anadan olub. O, uzun müddət Şəki ət-süd kombinatının direktoru vəzifəsində çalışmışdır.

Şəkil: Məmməd Cabbarov.



Taleh Xəlilov
Taleh Xəlilov

Tanınmış qarmon ifaçısı və musiqiçi pedaqoq, Şəki şəhər 2 nömrəli uşaq musiqi məktəbinin qarmon ixtisası üzrə müəllimi Taleh Xəlilov 29 noyabr 1992-ci il tarixdə Şəkidə anadan olub.

Şəkil: Taleh Xəlilov.



Çingiz Əfəndiyev
Çingiz Əfəndiyev

İpəkçilik və toxuculuq sənayesi üzrə tanınmış mütəxəssis və rəhbər kadr Çingiz Əfəndiyev (1932–2013) 29 noyabr 1932-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, uzun müddət Şəki ipək kombinatında baş direktorun müavini vəzifəsində çalışmış, dəfələrlə baş direktoru əvəz etmiş, bir müddət özü də baş direktor olmuş və bir ilə yaxın vaxt ərzində isə Şəki şəhər icra hakimiyyəti başçısı vəzifəsini tutmuşdur. Şəkinin birinci icra başçısıdır.

Şəkil: Çingiz Əfəndiyev, 1990-cı il.



Əsgər Kərimov
Əsgər Kərimov

Tanınmış heykəltəraş Əsgər Kərimov (1941–2024) 29 noyabr 2024-cü il tarixdə – 83 yaşında, uzun sürən xəstəlikdən sonra Türkiyənin İsparta şəhərində vəfat edib. Elə həmin gün İsparta qəbiristanlığında – mərhum həyat yoldaşının qəbrinin yanında, dəfn olunub.

Şəkil: Əsgər Kərimov.




<<əvvəlki gün 29 noyabr sonrakı gün>>

Həmçinin, bax:[HTML redaktə]

Xülasə sayı: 4  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)