Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Taleh Xəlilov

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Taleh Xəlilov
Xəlilov Taleh Rahim oğlu
Taleh Xəlilov
Taleh Xəlilov.

Taleh Xəlilov — tanınmış qarmon ifaçısı və musiqiçi pedaqoq, Şəki şəhər 2 nömrəli uşaq musiqi məktəbinin qarmon ixtisası üzrə müəllimi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

29 noyabr 1992-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1998 – 2007-ci illərdə Şəki şəhər 20 saylı tam orta məktəbində,

2002 – 2007-ci illərdə Şəki şəhər 4 nömrəli uşaq musiqi məktəbinin qarmon sinfində,

2007 – 2011-ci illərdə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin qarmon sinfində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2011-ci ildən Şəki şəhər 2 nömrəli uşaq musiqi məktəbində qarmon ixtisası üzrə müəllimdir.

Musiqiçi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2011 – 2013-cü illərdə M.F.Axundzadə adlına Şəki Mədəniyyət Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən Səməd Vurğun adına mədəniyyət evinin instrumental ansamblının üzvü olub. Sonra “Marxal” və “Şərq” musiqi qruplarının tərkibində çıxış edib. Hal-hazırda “Xan” instrumental qrupunda fəaliyyət göstərir.

16 fevral 2016-cı il tarixdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında təşkil edilmiş “Azərbaycan musiqisində klassik və müasir qarmon ifaçılığı” adlı tədbirin təşkilatçılarından biri olub bu konsertdə Zakir Mirzənin iti sürətli “Bəxtəvəri” rəqs melodiyasını ifa edib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Qarmon ixtisası üzrə daha bir uğurlu müəllim : [arx. 31 Jul 2024 - 31 Jul 2024] // Hürriyyət. — 2024. — 29 iyul. — Müraciət tarixi: 31.07.2024.

Bildiriş[HTML redaktə]

...

...