Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
10 fevral
Türkiyənin STV kanalının operatoru və yönəticisi Sabir Əhədov (1951–2009) 10 fevral 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, vaxtilə, Şəkidə fəaliyyət göstərmiş “Təbəssüm” estrada ansamblının (Şəki ipək kombinatı) və “Zirvə” vokal-instrumental ansamblının (Şəki şəhər Mədəniyyət Evi) yaradıcılarından biri olmuş, ritm-gitara ifaçısı və vokalist kimi fəaliyyət göstərmişdir.
Coğrafiya elmləri doktoru, professor Əbdürrəhim Hacızadə (1920–1991) 10 fevral 1920-ci il tarixdə Nuxada (indiki Şəki), müəllim ailəsində anadan olub. O, uzun müddət S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin iqtisadi coğrafiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Şəkil: Əbdürrəhim Hacızadə.
10 fevral
Tanınmış tikinti mühəndisi və iş adamı, Rusiya Federasiyasının Saxa Respublikasında fəaliyyət göstərən “Yakutsement” ASC İstehsalat Birliyinin baş direktoru Əliş Məmmədov 10 fevral 1958-ci il tarixdə Nuxa (indiki Şəki) rayonununOravan (indiki Oraban) kəndində anadan olub.
Şəkil: Əliş Məmmədov.
10 fevral
Tanınmış heykəltəraş, professor Əsgər Kərimov (1941–2024) 10 fevral 1941-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. Onun yaratdığı bədii sənət nümunələri Azərbaycanın Bakı, Qəbələ, Şuşa, Şəki, Ağdam və Bərdə şəhərlərində, Ukraynanın Yalta, Türkiyənin İsparta şəhərində və digər yerlərdə qoyulub.
Şəkil: Əsgər Kərimov.
10 fevral
Sovet dövründə Şəkidə tanınmış partiya və dövlət məmuru olmuş Allahyar Əhmədov (1896–1980) 10 fevral 1980-cı il tarixdə – 84 yaşında, Şəkidə vəfat edib. O, müxtəlif illərdə Şəki qəza icraiyyə komitəsi sədri, Nuxa şəhər soveti icraiyyə komitəsinin sədri, V.İ.Lenin adına ipək kombinatı partiya komitəsinin katibi və s. məsul vəzifələrdə çalışmışdır.
Xülasə sayı:6 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)