Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əliş Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əliş Məmmədov
Məmmədov Əliş Zabit oğlu
rus.: Мамедов Алиш Забид оглы
Əliş Məmmədov
Əliş Məmmədov.
Anadan olub 10 fevral 1958 (1958-02-10) (66 yaş)
Anadan olduğu yer Oravan (indiki Oraban), Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşağı Elvin Məmmədov
Təhsili Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, sənaye və mülki tikinti ixtisası (1974–1979)
https://www.alishmamedov.ru/

Əliş Məmmədov — tanınmış tikinti mühəndisi və iş adamı, Rusiya Federasiyasının Saxa Respublikasında fəaliyyət göstərən “Yakutsement” ASC İstehsalat Birliyinin baş direktoru.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

10 fevral 1958-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oravan (indiki Oraban) kəndində anadan olub.

Hərbi xidmətdə[redaktə | HTML redaktə]

1980 – 1981-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Təhsili[redaktə | HTML redaktə]

1974 – 1979-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda sənaye və mülki tikinti ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1979 − 1980-cı illərdə təyinatla “Yakutpromstroymaterialı” İstehsalat Birliyinin (Moxsoqollox qəsəbəsi, Yakutiya Muxtar Respublikası, RSFSR) təmir-tikinti sexində usta,

1981 − 1982-cı illərdə “Lenageolstroy” Tikinti İdarəsində (Bestyax (indiki Verxni Bestyax) kəndi, Xanqalas rayonu, Yakutiya MSR, RSFSR) prorab işləyib.

1982 − 1987-cı illərdə “Yakutpromstoymaterialı” (indiki “Yakutsementin” ASC) müəssisəsində əsaslı tikinti şöbəsinin rəisi,

1987 − 1989-cı illərdə isə əsaslı tikinti üzrə direktorun müavini vəzifəsində çalışıb.

1989-cı ildən “Yakutsement” ASC İstehsalat Birliyinin baş direktorudur.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Мамедов Алиш Забид-оглы : [arx. 06.04.2022] : [rus.] // Партия «Единая Россия». — Müraciət tarixi: 06.04.2022.