Cahangir Rüstəmov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:C{{Rəssam |Adı = Cahangir Rüstəmov |Orijinal adı = Cahangir Mahmud oğlu Rüstəmov |Fəxri ad = {{Azərbaycan Respublikasının xal...' ilə yarat) tərəfindən edilmiş 01:08, 17 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Cahangir Rüstəmov
Cahangir Mahmud oğlu Rüstəmov
Cahangir Rüstəmov
Doğum tarixi 5 mart 1926(1926-03-05)
Doğum yeri Şəki, Zaqafqaziya SFSR, SSRİ
Vəfat tarixi 13 fevral 2007 (80 yaşında)
Fəaliyyəti Rəssamlıq

Cahangir Mahmud oğlu Rüstəmov (5 mart 192613 fevral 2007) — Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan SSR əməkdar rəssamı.

Həyat və yaradıcılığı

Rüstəmov Cahangir Mahmud oğlu 5 mart 1926-cı ildə Şəki şəhərində anadan olmuşdur. O, 1939-cu ildə 7 illik məktəbi bitirmişdir. 1939-1941-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır. Cahangir Rüstəmov Rəssamlıq məktəbini başa vurduqdan sonra, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olmuş, lakin ailə durumu səbəbindən təhsilini yarımçıq qoyub Bakıya qayıtmışdır.[1]

Rəssamın yaradıcılığı rəngkarlığın bir çox janrını əhatə edərək, milli ruhu və poetikliyi ilə fərqlənir. C.Rüstəmovun yaratdığı tarixi mövzuda çoxfiqurlu lövhələr, həm bayram, zəhmət və istirahət mövzusunda kompozisiyalar, həm də məişət tabloları, epik mənzərələr, portretlər və ifadəli natürmortlar buna nümunədir. Milli koloriti, emosionallığı ilə seçilən “Üzümlük”, “Çay becərənlər”, “Tarla zəhmətkeşləri”, “Kolxozçular”, “Balaca köməkçi qız”, “Dağlarda”, “Şahdağ” və digər tabloları ona şöhrət gətirmişdir. Cahangir Rüstəmov 1945-ci ildə respublika rəssamlıq sərgisində “Axırıncı düşmən əsgəri” adlı əsəri ilə iştirak etmişdir. O, 1955-ci ildə SSRİ Rəssamlar İttifaqı üzvlüyünə qəbul olunmuşdur. Rəssamın 1953-cü ildə Bakıda hesabat sərgisi açılmışdı. Cahangir Rüstəmov 1955-ci ildə “Ən yaxşı uşaq mövzusuna görə” ÜİLKGİ-nin diplom və xüsusi nişanına layiq görülmüşdür. Rəssamın 1962-ci ildə Bakıda “Paris-Tunis”, 1973-cü ildə isə Astara rayonundakı Nizami kolxozunda hesabat sərgisi açılmışdır. Onun əsərləri, 1979-cu ildə Azərbaycan rəssamlarının xarici ölkələrdə açılmış sərgilərində iştirak etmişdir.[2][3]

Azərbaycanın təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Cahangir Rüstəmov 1982-ci ildə Azərbaycan SSR əməkdar rəssamı, 2002-ci ildə[4] isə Azərbaycan Respublikasının xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Rəssamın 2002-ci ildə Bakıda V.Səmədova adına sərgi salonunda fərdi sərgisi açılmışdır. O, 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.[5]

Cahangir Rüstəmov 2007-ci ildə vəfat etmişdir.

İstinadlar