Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Vüqar Süleymanov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:29, 26 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Vüqar Süleymanov
Vüqar Natiq oğlu Süleymanov
Vüqar Süleymanov
Doğum tarixi 20 yanvar 1993(1993-01-20)
Doğum yeri Şəki, Azərbaycan
Vəfat tarixi 2 aprel 2016 (23 yaşında)
Vəfat yeri Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png A.R. Silahlı Qüvvələri
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Respublikası Quru Soşunları.png A. R. Quru Qoşunları
Rütbə 1.AzLF-PV.png sıravi
Təltifləri 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

Vüqar Natiq oğlu Süleymanov (d. 20 yanvar 1993; Şəki, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Vüqar Süleymanov 1993-cü ilin 20 yanvar günündə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. Vüqar Süleymanov 2015-ci ildə Bakı Slavyan Universitetini bitirib.

Hərbi xidməti

Əsgər Vüqar Süleymanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Vüqar Süleymanov doğulduğu Şəki rayonunun Böyük Dəhnə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Süleymanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Vüqar Süleymanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.