Ələsgər Abdullayev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:Ə{{ensiklopedikləşdirmək}} {{Musiqiçi |Adı = Ələsgər Abdullayev |Orijinal adı = |Tam adı = |Digər adları = |Şəkil...' ilə yarat) tərəfindən edilmiş 02:14, 18 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Ələsgər Abdullayev
Ələsgər Abdullayev
Abdullayev Ələsgər Baba oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 1866(1866-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Şəki, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 1 aprel 1929 (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, Zaqafqaziya SFSR, SSRİ
Milliyyəti Azərbaycan türkü

Üslub Muğam

Ələsgər Abdullayev (1866 – 1 aprel 1929) — Azərbaycan xanəndəsi.

Həyatı

Ələsgər Abdullayev (Şəkili Ələsgər) 1866-cı ildə Şəkidə anadan olmuşdur. Azərbaycanın musiqi tarixində Şəkili Ələsgər adı ilə tanınmışdır. O, uşaqlıqdan xalq musiqisini sevmiş, 20 yaşından xanəndəlik etməyə başlamışdır. 1902-ci ildə Bakıda Şərq konsertlərində müvəffəqiyyətlə çıxış etmişdir. Məlahətli və zil səsi ona Zaqafqaziya və İranda şöhrət qazandırmışdır. 1914-cü ildə "Ekstrafon" səhmdar şirkəti Kiyevdə onun səsini vala yazmışdır. Şəkili Ələsgər Azərbaycan musiqi tarixində " Rahab" muğamının gözəl ifaçısı sayılır. Hal-hazırda Şəkidə fəaliyyət göstərən Musiqi Texnikumu onun adını daşıyır[1].

Xalq arasında "Şəkili Ələsgər" kimi tanınmışdır. Muğam sənətinin sirlərini xanəndə Keştazlı Həşimdən və Ağabala Ağasəid oğlundan öyrənmişdir. Bakıda fəaliyyət göstərmiş, musiqi məclislərində və "Şərq konsertləri"ndə fəal iştirak etmişdir. Böyük istedada, güclü və zəngin tembrli səsə, özünəməxsus orijinal ifa üslubuna malik xanəndə "Şur", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər" muğamlarını, təsnif və xalq mahnılarını böyük məharətlə ifa etmiş, xüsusilə, "Rahab" muğamının ən gözəl ifaçısı kimi ad qazanmışdı.

Onun şöhrəti Azərb. hüdudlarından kənarda da yayılmışdı. O, İranın, Türkiyənin və Orta Asiyanın bir çox şəhərlərində konsertlər vermişdir. Uzun illər tarzən Şirin Axundovun müşayiəti ilə çıxış etmişdir. 1913–1914-cü illərdə "Sport-Rekord" və "Ekstrafon" səsyazma şirkətləri tərəfindən Tiflis və Kiyev şəhərlərinə dəvət olunmuş və səsi qrammofon vallarına yazılmışdır. Ələsgər Abdullayevin Qurban Pirimov və Saşa Oqanezaşvilinin müşayiətilə oxuduğu "Çahargah", "Rast", "Mahur-Hindi", "Zabul-Segah", "Rahab", "Şüştər", "Hasar" muğamları və təsnifləri qrammofon vallarında qorunub saxlanılmışdır[2].

İstinadlar

Xarici keçidlər