Məmməd Əfəndiyev
Məmməd Əfəndiyev | |
---|---|
Əfəndiyev Məmməd Rəşid bəy oğlu | |
Məmməd Əfəndiyev | |
Məmməd Əfəndiyev, 1951-ci il | |
Doğum tarixi | 5 oktyabr 1887 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 1 iyun 1977 (89 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Elmi adı | professor (1944-cü ildən) |
Atası | Rəşid bəy Əfəndiyev |
Mükafatları |
Məmməd Əfəndiyev (Əfəndiyev Məmməd Rəşid bəy oğlu; d. 15 oktyabr 1887-ci ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 1 iyun 1977-ci ildə, Bakı, Azərbaycan SSR, SSRİ) − azərbaycanlı sovet riyaziyyatçı-pedaqoqu, professor, S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində fəaliyyət göstərmiş Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru (1944-cü ildən). Tanınmış azərbaycanlı pedaqoq və yazıçı-dramaturq Rəşid bəy Əfəndiyevin oğludur.
Haqqında məlumatlar
1887-ci ildə Nuxada anadan olub.
1908-ci ildə Tiflisdə gimnaziyanı bitirib.
1908 – 1913-cü illərdə Sank-Peterburq İmperator Universitetinin(ru) mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
1913 – 1915-ci illərdə Qori seminariyasında müəllim,
1915 – 1920-ci illərdə isə Nuxada şəhər gimnaziyasında əvvəl müəllim, sonra isə müdir işləyib.
1920-ci ildə Bakıya – N.Nərimanovun təşəbbüsü ilə Bakıda təşkil olunmuş birillik kurslarda dərs deməyə dəvət olunur; bu kurslarda orta məktəblər üçün müəllimlər hazırlanırdı.
1921 − 1926-cı illərdə Ali Pedaqoji Kişi İnstitutunun əvvəl fizika-riyaziyyat fakültəsinin dekanı, sonra isə direktoru olub.
1930 − 1936-cı illərdə Pedaqoji İnstitutun riyaziyyat kafedrasının müdiri,
1941-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin riyazi təhlil kafedrasının müdiri işləyib.
1944-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində açılmış Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub.
1 iyun 1977-ci ildə Bakı şəhərində vəfat edib.
1992-ci ildə Bakıda bir küçəyə onun adı verilib.
Elmi-pedaqoji fəaliyyəti
1933-cü ildə dosent,
1944-cü ildə professor elmi adını alıb.
Azərbaycan dilində terminologiya tərtib etmiş, Yaxın Şərqdə o vaxtadək istifadə edilməkdə olan riyazi işarə və formulları latınlaşdırmışdır. Bir sıra riyaziyyat dərsliklərinin, o cümlədən, “Sadə diferensial tənliklər” dərsliyinin (1950) müəllifidir.
1941 – 1956-cı illərdə Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri olub.
Mükafatları
- “Azərbaycan SSR Əməkdar Elm xadimi” (1943)
- “Lenin” ordeni;
- “Qırmızı əmək Bayrağı” ordeni, 2 dəfə;
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı, 2 dəfə;
- “Qafqazın müdafiəsinə görə” medalı
İstifadə edilmiş mənbə
- Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 153-154. — 1.000 nüsx.
Aidiyyəti linklər
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1887-ci ildə doğulanlar
- 5 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 1 iyunda vəfat edənlər
- İyunda vəfat edənlər
- 1977-ci ildə vəfat edənlər
- Lenin ordeninin kavalerləri
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr