Seyran Zülfüqarov
Seyran Zülfüqarov | |
---|---|
Zülfüqarov Seyran Qasım oğlu | |
Seyran Zülfüqarov (2024). | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 sentyabr 1947 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
|
|
Musiqi aləti | tar |
Təhsili | Nuxa/Şəki Orta İxtisas Musiqi Məktəbi (1964–1970) |
Seyran Zülfüqarov — tanınmış musiqiçi-pedaqoq və tarzən. Tar və ud alətlərinin ustası kimi də tanınmışdır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
15 sentyabr 1947-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1959 – 1964-cü illərdə şəhər Nuxa şəhər 1 №-li musiqi məktəbində tar müəllimi Maqsud Şirinzadədən dərs alıb.
1964 – 1970-ci illərdə təhsilini Nuxa/Şəki Orta İxtisas Musiqi Məktəbinin tar sinfində davam etdirib. Not müəllimi Ağaverdi Dadaşov, muğam müəllimi Maqsud Şirinzadə olub.
Əmək və musiqiçi fəaliyyəti[redaktə | HTML redaktə]
1970 – 1976-cı illərdə Şəki şəhər 1 №-li musiqi məktəbində,
1976-cı ildən isə Şəki Orta İxtisas Musiqi Məktəbində tar müəllimi işləyib.
Digər[redaktə | HTML redaktə]
1970-ci ildə Şəki şəhər şəhər mədəniyyət evində “Səbuhi” xalq çalğı alətləri ansamblını təşkil edib. Bu ansambl onun rəhbərliyi ilə Azərbaycanın bir sıra şəhər və rayonlarında qastrol səfərlərində olub, Bakıda keçirilən respublika əhəmiyyətli tədbirlərdə, Moskvada SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində keçirilən festivallarda iştirak edib.
1991 – 2006-cı illərdə Şəkidə keçirilən Ələsgər Abdullayevin xatirəsinə həsr olunmuş muğam festivallarında xalq artistləri Yaqub Məmmədovu, İslam Rzayevi, Arif Babayevi, Canəli Əkbərovu, Tükəzban İsmayılovanı, Səkinə İsmayılovanı, Ağaxan Abdullayevi və başqalarını tarda müşayiət edib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Təhmirazqızı S. Seyran Zülfüqarov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 224. — Səh.: 177. — 300 nüsx.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- S
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış pedaqoqlar
- 15 sentyabrda doğulanlar
- Sentyabrda doğulanlar
- 1947-ci ildə doğulanlar
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəkidə ifaçılıq sənəti” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr