İvan Parfyonov
İvan Parfyonov | |
---|---|
rus.: Парфёнов Иван Иванович | |
17-ci və 18-ci Yeger alaylarının unter-zabitləri 1797–1801-ci illərdə. | |
Doğum tarixi | 1778 |
Vəfat tarixi | (22 aprel) 4 may 1816 (38 yaşında) |
Vətəndaşlıq | Rusiya İmperiyası |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1794–1816 |
Rütbə | podpolkovnik |
Hərbi hissə | 17-ci yeger alayı |
Vəzifəsi | polk komandiri |
Təltifləri |
İvan Parfyonov (1778–1816) — Rusiya İmperator Ordusunun zabiti, podpolkovnik, 17-ci yeger alayının komandiri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
1778-ci ildə anadan olub.
Hərbçi fəaliyyəti[redaktə | HTML redaktə]
16 yaşında Kuban Yeger korpusunun 4-cü batalyonunda kapral kimi hərbi xidmətə başlayıb.
1797-ci ildə 18-ci Yeger polkunun unter-zabit heyətinə daxil edilib.
1796-cı ildən hərbi əməliyyatlarda iştirak etməyə başlayıb.
1803-cü ilin sonunda Gəncənin mühasirəsi zamanı rota komandiri idi.
1806-ci ilin ortalarında Nuxa qalasının 20 verstiyində (təxm. 21 km) yerləşən rus hərbi düşərgəsindəki dəstənin (285 nəfərlik və iki toplu) komandiri idi. Şəki xanı Səlim xan onu öz yanına çağıraraq Şəki xanlığı ilə Rusiya İmperiyası arasında bağlanmış 1805-ci il Kürəkçay sazişinin qüvvədən düşdüyünü bildirmiş və dərhal Şəki xanlığı ərazisindəki rus qoşununun Şəki xanlığı ərazisindən çıxarılmasını tələb etmişdir. Beləliklə, Cənubi Qafqazda ilk dəfə olaraq rus qoşunu tutduğu mövqeni tərk etməyə məcbur edildi. Bu hadisə barədə Parfyonovun 24 iyun (12 iyun) tarixli raportunda məlumat verdiyini nəzərə alsaq, onun 23 iyun tarixdə Səlim xanın yanına dəvət edildiyini, başçılıq etdiyi dəstənin isə 1 gün sonra – 24 iyun tarixində, Şəki xanlığı ərazisini tərk etdiyini güman etmək olar. O dövrün rus hərb tarixçiləri bu hadisəni “Cənubi Qafqazda qalibiyyətlə hərəkət edən rus ordusu üçün biabırçılıq” kimi qiymətləndirmişdirlər.
1806-cı ildə İvan Parfyonov bir müddət Yelizavetpol (Gəncə) qalasının komendantı,
1814-cü ildən 17-ci yeger alayının komandiri olub.
Hərbi rütbələri[redaktə | HTML redaktə]
1799-cu ildə podporuçik, sonra Bambak ekspedisiyası zamanı podpruçik,
1805-ci ildə mayor,
1807-ci ildə isə podpolkovnik rütbəsi alıb.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- III dərəcəli Müqəddəs Anna ordeni – Gəncə qalasının tutulmasına görə (1804).
Vəfatı[redaktə | HTML redaktə]
4 may (22 aprel) 1816-cı il tarixdə – 38 yaşında, sətəlcəm xəstəliyindən vəfat edib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Дубровин Н. Ф. История войны и владычества русских на Кавказе // История войны и владычества русских на Кавказе. — : Тип. Департамента уделов, 1887. — Т. V. — С. 56-60.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- İ
- Şəxslər (familiya sırası ilə)
- 1778-ci ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 4 mayda vəfat edənlər
- Mayda vəfat edənlər
- 1816-cı ildə vəfat edənlər
- Podpolkovniklər (Rusiya İmpediyası)
- III dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə