Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Şəki (əski)

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sheki Khanate Map 1823.jpg

1823-cü ildə çap olunmuş xəritədə Şəki xanlığının paytaxtı Nuxa şəhəri ilə yanaşı, köhnə paytaxt əski Şəki şəhərinin yeri də göstərilir.

1833-cü ilə aid digər bir mənbədə isə Şəki şəhəri dağlar əhatəsində və İlisu hakimliyi ərazisinin yaxınlığında yerləşən “əhəmiyyətsiz kənd” kimi təqdim olunur və qeyd edilir ki, bu kənd vaxtilə, bütün vilayətin baş şəhəri olmuş, vilayətin adı da elə bu kəndin adından götürülmüşdür[1]. Amma nəzərə alınmalıdır ki, 1819-cu ildən başlayaraq, keçmiş Şəki xanlığı ərazisində aparılmış siyahıyaalma sənədlərində cəmi 3-4 evdən ibarət olan kəndlər qeydə alındığı halda, "Şəki" adlı heç bir yer qeydə alınmamışdır. Bu səbəbdən güman etmək olar ki, göstərilən 1833-cü il mənbəsinin və 1823-cü il xəritəsinin müəllifləri Şəki kəndinin yerini göstərərkən, daha köhnə, 1819-cu ildən əvvəlki məlumatlara istinad etmişlər. Hal-hazırda əski Şəki şəhərinin yeri ilə bağlı tədqiqatçılar arasında fikir ayrılığı var, müxtəlif fikirlər irəli sürülür və mübahisələr həllini tapmamışdır. Arxeoloji qazıntılar nəticəsində də əski Şəki şəhərinin yeri ilə bağlı heç bir nəticə yoxdur. Mənbələrdə qeyd olunur ki Şəki xanı Hacı Çələbi xan xanlığın paytaxtını Nuxa şəhərinə köçürmüşdür[2].

1968-ci ildən isə Nuxa şəhəri rəsmən Şəki adlanmaqdadır.

İstinadlar[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Зубов П.П. Картина Кавказского края : Принадлежащего России, и сопредельных оному земель, в историческом, статистическом, этнографическом, финансовом и торговом отношениях : [arx. 6 Jun 2017 - 27 Jun 2023] : [rus.] // Vostlit.info. — Müraciət tarixi: 13.05.2024.