Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Nurməmməd Mustafayev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Nurməmməd Mustafayev
Mustafayev Nurməmməd Şamil oğlu
Nurməmməd Mustafayev
Nurməmməd Mustafayev İctimai televiziyada çıxış edərkən, 2020-ci il.
Doğum tarixi 15 oktyabr 1965 (1965-10-15) (59 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi biologiya
İş yeri AMEA Biologiya və Biotexnologiyalar İnstitutu, Bioinformatika laboratoriyası (aparıcı elmi işçis)
Elmi dərəcəsi biologiya üzrə fəlsəfə doktoru
Elmi adı dosent
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi (1986–1991)
facebook səhifəsi

Nurməmməd Mustafayev — biologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Biologiya və Biotexnologiyalar İnstitutunun bioinformatika laboratoriyasının aparıcı elmi işçisi. Pedaqoji fəaliyyəti də var və həm də molekulyar genetik laboratoriyanın aparıcı ekspertidir.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

15 oktyabr 1965-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1973 – 1983-cü illərdə Şəki şəhər 7 №-li orta məktəbində,

1986 – 1991-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

2003-cü ildə “Eukariot genomlarının struktur-funksional təşkilinin bəzi tənzimləyici elementləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

2018-ci ildə dosent elmi adını alıb.

15-i xaricdə, 9-u beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çapdan çıxmış 30 elmi əsərin müəllifidir.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1991-ci ildən AMEA Botanika İnstitutunun məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsində əvvəl kiçik elmi işçi, sonra elmi işçi, daha sonra isə böyük elmi işçi vəzifəsində çalışıb.

2016-cı ildən AMEA Biologiya və Biotexnologiyalar İnstitutunun bioinformatika laboratoriyasının aparıcı elmi işçisidir.

Pedaqoji fəaliyyəti[redaktə | HTML redaktə]

AMEA Molekulyar biologiya və Biotexnologiyalar İnstitutunun magistraturasında ixtisas fənlərindən dərs deyir.

Digər fəaliyyəti[redaktə | HTML redaktə]

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Biologiya şöbəsində Molekulyar genetik laboratoriyanın aparıcı ekspertidir.

Elmi-ictimai fəaliyyəti[redaktə | HTML redaktə]

AMEA tərəfindən nəşr olunan “Həyat Elmləri və Biotibb Jurnalı”nın və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi əsərləri jurnalının məsul katibidir.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun fəlsəfə doktorları : Mustafayev Nurməmməd Şamil oğlu : [arx. 07.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 07.10.2021.
  2. Mühüm hadisələr : Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayevin 55 yaşı tamam olur : [arx. 07.10.2021] // AMEA Biologiya və Tibb Elmləri Bölməsi. — 2020. — 15 oktyabr. — Müraciət tarixi: 07.10.2021.