Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Rasim Abbaszadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Rasim Abbaszadə
Abbaszadə Rasim Yusif oğlu
ing. Rasim Abaszada
Rasim Abbaszadə
Rasim Abbaszadə.
Anadan olub 6 sentyabr 2008 (2008-09-06) (16 yaş)
Anadan olduğu yer Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Şəki şəhəri Kimya-Biologiya Təmayüllü Respublika Liseyi, 10-cu sinif
facebook səhifəsi

Rasim Abbaszadə — Şəki şəhəri Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin 10-cu sinif şagirdi, Sinqapur və Asiya Məktəblilərinin Riyaziyyat Olimpiadasının (2022) gümüş medalçısı.

Haqqında məlumatlar

6 sentyabr 2008-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

2014 – 2019-ci illərdə Rəşid bəy Əfəndiyev adına Şəki şəhər 10 saylı tam orta məktəbində təhsil alıb.

2019-cu ildə Şəki şəhəri Kimya-Biologiya Təmayüllü Respublika Liseyinə qəbul olunub.

2021-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin beynəlxalq olimpiadalarda Azərbaycanı təmsil edəcək ən qabaqcıl şagirdlərin hazırlanıb seçilməsi məqsədi ilə təşkil etdiyi özəl dərslərdə iştirak edir. 2024-cü ilin iyul ayında Qazaxıstanın paytaxtı Astanada keçirilmiş 35-ci Beynəlxalq Biologiya Olimpiadasının iştirakçısıdır.

Təltif və mükafatları

  • 1-ci yer — Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən 2020/2021-ci tədris ilində VI – VII sinif şagirdləri arasında keçirilən VI Fənn Müsabiqələrində biologiya fənni üzrə (2021).
  • 1-ci yer — Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2022-ci il Fənn Olimpiadalarının Respublika turunda biologiya fənni üzrə (29.06.2022).
  • 2-ci yer — Sinqapur və Asiya Məktəblilərinin Riyaziyyat Olimpiadası (2022).
  • 1-ci yer — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2023-cü il Fənn Olimpiadalarının Respublika turunda biologiya fənni üzrə (14.07.2023).
  • 1-ci yer — Şəki-Zaqatala Regional Təhsil İdarəsinin "Zəfər" Elm Olimpiadası biologiya fənni üzrə (22.11.2023).
  • 2-ci yer — Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2024-cü il Fənn Olimpiadalarının Respublika turunda biologiya fənni üzrə (30.04.2024).

Digər

Tanınmış həkim-pediatr Aydın Qazıyevin (1943–2020) nəvəsidir.