Gülçin Abdullayeva
Gülçin Abdullayeva | |
---|---|
Abdullayeva Gülçin Gülhüseyn qızı | |
Gülçin Abdullayeva. | |
Doğum tarixi | 20 yanvar 1947 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | AMEA İdarəetmə Sistemləri İnstitutu, 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri laboratoriyası (laboratoriya rəhbəri) |
Elmi dərəcəsi | riyaziyyat üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1965–1970) |
Atası | Gülhüseyn Hüseyn oğlu Abdullayev (1923–2013). |
Anası | Məsudə Xalıqova (1923–2012) |
Mükafatları |
Gülçin Abdullayeva — riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, AMEA İdarəetmə Sistemləri İnstitutunun 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının rəhbəri.
Haqında məlumatlar[redaktə | HTML redaktə]
20 yanvar 1947-ci il tarixdə Bakıda anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1965 – 1970-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1970-ci ildə Azərbaycan SSR EA Kibernetika İnstitutunda kiçik elmi işçi vəzifəsinə işə götürülüb.
1981-ci ildən başlayaraq həmin institutda baş elmi işçi, qrup rəhbəri, sektor rəhbəri, laboratoriya rəhbəri vəzifələrində çalışıb.
2001-ci ildən AMEA İdarəetmə Sistemləri İnstitutunun 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının rəhbəridir.
İkinci iş yerləri[redaktə | HTML redaktə]
Azərbaycan Memarlıq və İnşaaat Universitetinin informasiya texnologiyaları və sistemləri kafedrasının dosentidir.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1979-cu ildə “Sinqulyar inteqralların requlyarlaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2000-ci ildə dosent elmi adını alıb.
Çapdan çıxmış 125 elmi əsərin müəllifidir (57-si xarici ölkədə və bunlardan da 38-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunmaqla). 6 fəlsəfə doktorunun elmi rəhbəri olub.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
“Tərəqqi” medalı (2005).
Ailəsi[redaktə | HTML redaktə]
- Atası: Gülhüseyn Hüseyn oğlu Abdullayev, Azərbaycan Respublikasının xalq yazıçısı (1923–2013).
- Anası: Məsudə Münvər qızı Xalıqova (1923–2012) Nuxada (indiki Şəki) anadan olub, atası Nuxa şəhərinin Dodu kəndindən, anası isə Nuxa qəzasının Oxud kəndindən idi.
Ailəlidir, iki oğlu var.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- "İdarəetmə Sistemləri İnstitutu fəlsəfə doktorları/Abdullayeva Gülçin Gülhüseyn qızı". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 18 Jun 2018 – 29 Nov 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |