Gülnur Mahmud
Gülnur Mahmud | |
---|---|
Mahmud Gülnur Yaqub qızı | |
Gülnur Mahmud. | |
Doğum tarixi | 28 oktyabr 1974 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | filologiya, ingilis dili, ərəb dili |
Elmi dərəcəsi | filologiya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
Təhsili |
• Bakı Dövlət Universiteti, şərqşünaslıq fakültəsi, ərəb filologiyası şöbəsi (1991–1996) • Azərbaycan Dillər Universiteti, ingilis dili fakültəsi (1997–2002) • Bakı Dövlət Universiteti, ərəb filologiyası kafedrası, aspirantura (2000–2003) |
Atası | Yaqub Mahmudov |
Gülnur Mahmud — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Tərcümə və nəşriyyat işləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının dosenti.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
28 oktyabr 1974-cü il tarixdə Bakıda anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1991-ci ildə Bakı şəhəri 175 saylı orta məktəbini bitirib.
1991 – 1996-ci illərdə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində,
1997 – 2002-ci illərdə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsində,
2000 – 2003-ci illərdə Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının aspiranturasında təhsil alıb.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
2005-ci ildə “Ərəb ədəbi dilində sinonimlik” adlı dissertasiya işi müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsi alıb.
50 elmi məqalə, 25 tezis, bir metodik vəsait, 5 fənn proqramının və yeddi kitabın müəllifidir.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Tərcümə və nəşriyyat işləri şöbəsinin aparıcı elmi işçisidir.
Pedaqoji fəaliyyəti[redaktə | HTML redaktə]
1996 – 1998-ci illərdə Azərbaycan Universitetinin dillər kafedrasında müəllim,
1998 – 2000-ci illərdə baş müəllim,
2000 – 2008-ci illərdə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasında müəllim,
2008-ci ildən dosent vəzifəsində çalışıb.
Ailəsi[redaktə | HTML redaktə]
Ailəlidir, üç övladı var.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Mahmud Gülnur Yaqub qızı : [arx. 31 Jan 2020 - 28 Jan 2023] // Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu. — Müraciət tarixi: 12.12.2023.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |