Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Çingiz Xəlifəzadə" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 67: Sətir 67:
 
“Azerbaijan Geologist” redaksiya heyətinin, Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının geologiya, geofizika bölməsinin sədri və Azərbaycan sedimentologiya cəmiyyətinin prezidentidir.
 
“Azerbaijan Geologist” redaksiya heyətinin, Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının geologiya, geofizika bölməsinin sədri və Azərbaycan sedimentologiya cəmiyyətinin prezidentidir.
  
200-dən çox elmi məqaləsi, monoqrafiyaları, kitabları, müəlliflik şəhadətnamələri vardır. 20 elmlər namizədi yetişdirmişdir ki, bunlardan da 5-xarici ölkə vətəndaşı olub.
+
310  məqalə, 56 tezis, 3 dərslik, 8 monoqrafiya, 3 patentin müəllifidir.
  
 
===Mükafatları===
 
===Mükafatları===

01:40, 26 aprel 2020 versiyası

Çingiz Xəlifzadə
Xəlifzadə Çingiz Müzəffər oğlu
Çingiz Xəlifzadə
Çingiz Xəlifzadə
Doğum tarixi 17 fevral 1931 (1931-02-17) (93 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan

Çingiz Xəlifəzadə (Xəlifzadə Cabir Müzəffər oğlu; d.  11 fevral 1931-ci il, Nuxa, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı geoloq və geologiya və mineralogiya və metrologiya professoru; Azərbaycan Dövlət Neft və Sənaye Universitetində şöbə müdiri, Azərbaycan Sedimentoloji Cəmiyyətinin prezidenti, Beynəlxalq Eko-Enerji Akademiyasının akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının fəxri qonaq üzvü.

Sedimentologiya üzrə doktor, professor. Azərbaycan Respublikasının əməkdar geoloqu, Rusiya Federasiyası Təbiət Elmləri Akademiyasının akademiki, Beynəlxalq Ekoenerji Akademiyasının akademiki, Vyetnam Demokratik Respublikasının əməkdar neft işçisi, Azərbaycan Təhsil Nazirliyinin Əməkdar müəllimi

Haqqında məlumatlar

1931-cu ildə Nuxada anadan olub.

1947-ci ildə Nuxa Pedoqoji Texnikumunu bitirib.

1947 – 1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsində oxuyub.

1947 – 1952-ci illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunun aspiranturasinda təhsil alıb.

İş yerləri və vəzifələri

1956 – 1965-ci illərdə SSRİ EA Dağıstan MR Mərkəzinin Geologiya İnstitutunda baş elmi işçi, şöbə müdiri və institut direktorunun əvəzedicisi vəzifələrində çalışıb.

1965 – 1974-cü illərdə Azərbaycan Dövlət Universiteti nəzdində paleobiogeokimya problem labaratoriyasının müdiri olub. 1966-cı ildən Faydalı qazıntılar kafedrasında dosent (əvəzçilik qaydasında), 1974-cü ildən isə professor vəzifəsində çalışıb.

1974 – 1981-ci illərdə Azərbaycan Dövlət Universitetitinin geologiya fakültəsinin faydalı qazıntılar kafedrasında professor vəzifəsində çalışıb.

1981 – 2005-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində[1] Mineralogiya, petroqrafiya və litologiya kafedrasının müdiri olub.

Elmi fəaliyyəti

1955-ci ildə “Cənub-şərqi Qafqazın aalen yaşlı argilitlərin mineralogiyası” mövzusunda dissertasiya müdafiə edib.

1972-ci ildə SSRİ EA Geologiya İnstitutunda “Şərqi və Cənub-şərqi Qafqazın Orta Yura çöküntülərinin litologiyası və əmələgəlmə şəraiti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1978-ci ildə London Universitetində və Birləşmiş Krallıqdakı İmperial Kollecində mühazirələr oxumuşdur.

1992-ci ildə, Orta Şərq Texniki Universitetində (Ankara, Türkiyə),

1991 – 1992 illərində Misir, Qahirə Universitetində və İsgəndəriyyə Universitetində qonaq professor olub.

1993-cü ildən Azərbaycan Beynəlxalq Energetika Akademiyasının həqiqi üzvü, akademiyanın Rəyasət Heyətinin üzvü və geologiya, geofizika və mineral ehtiyyatlar bölməsinin sədri vəzifəsində çalışır.

1975-ci ildə IX Beynəlxalq Sedimentologiya Konqresində (Nisa, Fransa), 1981-ci ildə XI Beynəlxalq Sedimentologiya Konqresində (Namilton, Fransa), 1986-cı ildə XII Sedimentologiya Konqresində (Kanberri, Avstraliya), 1989-cu ildə Karpat və Balkan ölkələri geoloqlarının XIV konqresində (Sofiya, Bolqarıstan), 1998-ci ildə Qara dəniz və Xəzər dənizi ölkələrinin neft geoloqlarının III konqresində məruzələrlə çıxış etmiş və sedimentologiya, geokomya bölmələrinə rəhbərlik etmişdir.

1981 – 1983-cü illərdə Beynəlxalq “Sedimentology” redaksiya heyətinin üzvü olub.

“Azerbaijan Geologist” redaksiya heyətinin, Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının geologiya, geofizika bölməsinin sədri və Azərbaycan sedimentologiya cəmiyyətinin prezidentidir.

310 məqalə, 56 tezis, 3 dərslik, 8 monoqrafiya, 3 patentin müəllifidir.

Mükafatları

  • “Azərbaycan SSR Əməkdar Geoloqu” fəxri adı (1981);

Elmi işləri

Ailəlidir, bir oğlu və üç nəvəsi var.

İstifadə edilmiş mənbələr

    • "Archived copy". 2020-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.;
  • "Archived copy". 2013-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-16.;

Məmmədov Ə., Xalıqov F. Xəlifəzadə Çingiz // Şəki: Alim və ziyalılar. — Bakı. — 2 cilddə. — Səh.: 265 – 267.. Şablon:Yaxşı məqalə

  1. 2015-ci ildən adlanır. 1991-ci ilədək M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutu, 1991-ci ildə isə Azərbaycan Sənaye Universiteti, 1992 – 2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyası adlanmışdır.