Ülviyyə Mahmudova

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 18:34, 5 may 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Ülviyyə Mahmudova — pedaqoq-alim, biologiya üzrə fəlsəfə doktoru, Sumqayıt şəhər 43 №-li tam orta məktəbinin direktoru.

Ülviyyə Mahmudova
Mahmudova Ülviyyə Tərlan qızı
Ülviyyə Mahmudova
Ülviyyə Mahmudova.
Doğum tarixi 5 may 1982(1982-05-05)
Doğum yeri Aşağı Göynük, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi biologiya
Elmi dərəcəsi biologiya üzrə fəlsəfə doktoru
Təhsili

 • Bakı Dövlət Universiteti, biologiya fakültəsi, bakalavriat (–2006)

 • Bakı Dövlət Universiteti, biologiya fakültəsi, biofizika kafedrası, magistratura (–2009)

 • Gəncə Dövlət Universiteti, biologiya fakültəsi, botanika kafedrası, dissertantura (–2022)
Adının digər versiyaları Ülviyə Mahmudova, Ulviye Mahmudova, Ulviya Mahmudova, Ulviyye Mahmudova, Ulviyya Mahmudova, Ульвие Махмудова, Ульвийе Махмудова, Ульвия Махмудова, Үлвијјә Маһмудова
Facebook səhifəsi

Haqqında məlumatlar

5 may 1982-ci il tarixdə Şəki rayonunun Aşağı Göynük kəndində anadan olub.

Təhsili

1999-cu ildə Şəki şəhər fizika–riyaziyyat və humanitar təmayüllü liseyini,

2006-cı ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin bakalavriatını,

2009-cı ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin biofizika kafedrasının magistraturasını,

2022-ci ildə Gəncə Dövlət Universitetinin biologiya fakültəsinin botanika kafedrasının dissertanturasını bitirib.

Əmək fəaliyyəti

2006-cı ildən Şəki rayonu Köndələn kənd orta məktəbində biologiya, Aşağı Göynük kənd orta məktəbində kimya,

2012-ci ildən Goranboy rayonu Ülfət Məhərrəmov adına Dəyirmanlar kənd tam orta məktəbində biologiya,

2017-ci ildən Bakı şəhərində yerləşən Ağdam rayon 71 saylı köçkün tam orta məktəbində biologiya müəllimi vəzifəsində çalışıb.

15 sentyabr 2019-cu il tarixdən Ağdam rayon 71 saylı tam orta məktəbinin direktoru olub.

15 sentyabr 2023-cu il tarixdən Sumqayıt şəhər 43 №-li tam orta məktəbinin direktorudur.

Elmi fəaliyyəti

2022-ci ilin oktyabr ayında biologiya üzrə fəlsəfə doktorluğu pilləsi üzrə “Gəncə və onun ətrafının çirklənmiş ərazilərinin bitki örtüyünün ekoloji və fitomeliorativ qiymətləndirilməsi” mövzusunda dissertasiya müdafiə edib.

15 elmi məqalənin müəllifidir.

Təltif və mükafatları

  • 2014-ci ildə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Meşələri qoruyaq” mövzusunda Gənc Meşəçilərin respublika müsabiqəsində “Gənc Meşəçilər” adlı layihə ilə qalib olub.
  • 2016-cı ildə Təhsil Nazirliyinin keçirdiyi “Elektron Təhsil” müsabiqəsində Təhsildə Ən Yaxşı İnternet resursları nominasiyası üzrə Diplomla təltif olunub.
  • 2020-ci ildə “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”ndə ümumi təhsil müəssisələrində şagirdlərin sosial və sağlamlıq layihələrinə cəlb edilməsi üzrə “Həkim gələnə qədər ilk yardım” layihəsi ilə qalib olub.

Ədəbiyyat

  1. (Siyahı) : [arx. 05.05.2023] // Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası. — Müraciət tarixi: 05.05.2023.

Həmçinin, bax: