İbrahim Tağıyev (1894–1937) — Azərbaycan sovet partiya və dövlət xadimi. Müxtəlif illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır. 1937-ci ildə Stalin repressiyasına məruz qalıb və güllələnib. 1956-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasında onun barəsində 1937-ci ildə verilmiş hökm ləğv edilib və cinayət tərkibi olmadığı üçün həmin işə xitam verilib.

İbrahim Tağıyev
Tağıyev İbrahim Tağı oğlu
İbrahim Tağıyev
İbrahim Tağıyev.
Anadan olub 1894(1894-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Anadan olduğu yer Öysüzlü kəndi, Qazax qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 13 oktyabr 1937 (43 yaşında)
Vəfat səbəbi güllələnmə
Mükafatları "Qırmızı Əmək Bayrağı" ordeni  — 1936

Haqqında məlumatlar

1894-cü ildə Qazax qəzasının Öysüzlü kəndində anadan olub.

Təhsili

Heç bir təhsil almayıb, özüöyrənəndir.

Əmək fəaliyyəti

1920 – 1924-ci illər arasında Tovuz qəza soveti icraiyyə komitəsinin sədri, ən geci 1924-cü ilin dekabr ayından ən tezi 21 iyun 1927-ci il tarixədək Azərbaycan K(b)P Nuxa qəza komitəsinin məsul katibi, daha sonra ÜK(b)P Zaqafqaziya vilayət komitəsində kənd təsərrüfatı şöbəsinin rəhbəri,

1929-cu ildən Azərbaycan K(b)P Naxçıvan vilayət komitəsinin məsul katibi vəzifəsində çalışıb.

26 yanvar 1930-cu il tarixdə ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin katibi seçilib. Həmçinin,

1930-cu ildə Azərbaycan K(b)P Gəncə dairə komitəsinin məsul katibi olub.

1931-ci ildən SSRİ Xalq Rabitə Komissarlığının ZSFSR üzrə nümayəndəsi,

1934-cü ildən Azərbaycan K(b)P Gəncə rayon komitəsinin 1-ci katibi,

1937-ci ildə qısa bir müddət Bakı şəhər soveti sədrinin müavini vəzifəsində çalışıb.

Təltif və mükafatları

Həbsi və güllələnməsi

12 oktyabr 1937-ci il tarixdə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyası bağlı məhkəmə iclası keçirərək İbrahim Tağıyevi ən ağır cəzaya – güllələnmə cəzasına məhkum edib. 13 oktyabr 1937-ci il tarixdə ölüm hökmü yerinə yetirilib.

Bəraət alması

3 aprel 1956-cı il tarixdə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən bəraət alıb.

Ədəbiyyat

  1. İ.T.Tağıyev // Azərbaycanda Sovet hakimiyyəti uğrunda fəal mübarizlər. — Azərb. KP MK yanında Partiya Tarixi İn-tu, Sov. İKP MK yanında Marksizm-Leninizm İn-tunun Filialı.. — Bakı: Azərnəşr, 1958. — Səhifələrin sayı:  419. — Səh.: 256-257. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2023.
  2. Тагиев Ибрагим Таги огли : [arx. 13.10.2021] : [rus.] // Сталинские расстрельные списки. — Müraciət tarixi: 13.10.2021.
  3. Тагиев Ибрагим Таги оглы : [arx. 24 Nov 2015 - 31 Aug 2021] : [rus.] // Справочник по истории Коммунистической партии и Советского Союза 1898 - 1991. — Müraciət tarixi: 13.10.2021.