İlqar Mahmudov — Quba rayon İcra Hakimiyyətinin başçısı.

İlqar Mahmudov
Mahmudov İlqar Akif oğlu
İlqar Mahmudov
İlqar Mahmudov.
Doğum tarixi 2 iyun 1975 (1975-06-02) (48 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti, beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsi (1992–1997)

 • Azərbaycan Dövlət İqtisad Universiteti, beynəlxalq iqtisadi münasibətlər fakültəsi (2001–2003)

 • Bakı Dövlət Universiteti, hüquq fakültəsi (2007–2010)

Haqqında məlumatlar

2 iyun 1975-ci il tarixdə Bakıda anadan olub.

Təhsili

1992-ci ildə Bakı şəhər Nəsimi rayonu 211 №-li orta məktəbini bitirib.

1992 – 1997-ci illərdə Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsində,

2001 – 2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsində,

2007 – 2010-cu illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti

Hüquq elmləri namizədidir.

Əmək fəaliyyəti

1997 – 2003-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində nazir köməkçisi,

2003 – 2016-cı illərdə Bakı Humanitar Kollecinin direktoru,

2016 – 2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şəki, Oğuz, Qəbələ rayonları üzrə 4 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin rəisi,

2018 – 2019-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Ümumi təhsil şöbəsinin müdir müavini,

2019-cu ildən 2023-ci ilin sentyabr ayınadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

31 avqust 2023-cü il tarixdən Quba Rayon İcra Hakimiyyətinin başçısıdır.

İctimai-siyasi aktivliyi

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəsi

Ailəlidir iki övladı var.

Ədəbiyyat

  1. İcra hakimiyyətinin başçısı // Quba rayon İcra Hakimiyyəti : http://quba-ih.gov.az/. — Müraciət tarixi: 19.12.2023.