İradə Rəşidova — tanınmış musiqiçi-pedaqoq. 45 ildən artıq müddət ərzində Şəkidəki musiqi texnikumunda müəllim işləmişdir.

İradə Rəşidova
Rəşidova İradə Abdulla qızı
İradə Rəşidova
İradə Rəşidova.
Şəxsi məlumatlar
Doğum adı İradə Abdullayeva
Doğum tarixi 25 fevral 1954 (1954-02-25) (70 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan

Musiqi aləti piano
Təhsili Şəki Orta ixtisas Musiqi Texnikumu (1970–1974)
facebook səhifəsi

Haqqında məlumatlar

25 fevral 1954-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1961 – 1970-ci illərdə Nekrasov adına Nuxa şəhər 8 №-li orta rus məktəbində,

1970 – 1974-cü illərdə Şəki Orta ixtisas Musiqi Texnikumunda təhsil alıb.

Əmək fəaliyyəti

1974 – 1975-ci illərdə Şəki şəhər 2 №-li Uşaq Musiqi Məktəbində musiqi nəzəriyyəsi müəllimi və eyni vaxtda Şəki Orta ixtisas Musiqi Texnikumunda əvəzçi müəllim vəzifəsində çalışıb.

1975 – 2021-ci illərdə Şəki Orta ixtisas Musiqi Texnikumunun nəzəriyyə şöbəsinə daimi işə götürülüb və 2021-ci ilədək orada müəllim işləyib.

2021-ci ildə əmək təqaüdünə çıxıb.

İctimai-siyasi aktivliyi

Şəki şəhər 2 №-li Uşaq Musiqi Məktəbində və Şəki Orta ixtisas Musiqi Texnikumunda işləyərkən həmin təhsil müəssisələrinin komsomol təşkilatı katibi olmuşdur.