Şəki bələdiyyəsi (qəzet)

"Şəki Bələdiyyəsi"Şəki bələdiyyəsi və bələdiyyənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Nəbibəyov tərəfindən təsis edilmiş[2] ictimai-siyasi qəzet. Qəzetdə əsasən Şəki şəhər bələdiyyəsinin fəaliyyəti ilə bağlı məlumatlar, ictimai-siyasi, elmi xəbərlər və məqalələr dərc olunur.

Picto infobox newspaper.png
Şəki Bələdiyyəsi
Şəki bələdiyyəsi (qəzet).jpg
Format A3
Təsisçi Şəki bələdiyyəsi
Baş redaktor Murad Nəbibəyov
Yaranma tarixi avqust, 2005[1]
Dil Azərbaycanca
Səhifə 24-32
Ünvanı Şəki, M.Ə.Rəsulzadə pr.182, 2-ci mərtəbə
Tiraj 500
Şəki şəhər bələdiyyəsinin inzibati binası. "Şəki bələdiyyəsi" qəzetinin redaksiya ofisi də bu binadadır.
Şəki bələdiyyəsi qəzetinin ilk sayı.jpg

Tarixi

"Şəki Bələdiyyəsi" qəzeti 2005-ci ilin avqust ayında Şəki şəhərinin bələdiyyəsi tərəfindən təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 1458-ci nömrə ilə qeydiyyata alınmışdır. Qəzet təsis edildiyi vaxtdan etibarən ayda 1 nüsxə və 1000 tiraj olmaqla 24-32 səhifə həcmində, A3 formatda, yarırəngli tərtibatda çap edilir. 2012-ci ilin dekabr ayında qəzetin 100-cü sayı işıq üzü görmüşdür.

Əlaqə

E-mail: municipality-sheki@rambler.ru

İstinadlar

  1. Ensiklopediya: Şəki mətbuatları — sheki.tv saytı
  2. "Azərbaycanda bələdiyyə fəaliyyətinə həsr olunan KİV-lərin monitorinqi aparılıb" (azərb.). az.trend.az. 7 Dekabr 2009, 13:15. İstifadə tarixi: 2014-03-12.

Xarici keçidlər