Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Şahnaz Qəhrəmanova

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Şahnaz Qəhrəmanova
Qəhrəmanova Şahnaz İsmayıl qızı
Şahnaz Qəhrəmanova
Şahnaz Qəhrəmanova.

Şahnaz Qəhrəmanova — kimya üzrə fəlsəfə doktoru, dosent, AMEA Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

27 mart 1972-ci il tarixdə Şəki rayonunun Baş Göynük kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1979 – 1989-cu illərdə Baş Göynük kənd orta məktəbində,

1992 – 1997-ci illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2017-ci ildə kimya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.

2020-ci ildə dosent elmi adını alıb.

Çapdan çıxmış 70 elmi əsərin (50-si xarici ölkədə və 10-u beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunmaqla), bir patentin və bir monoqrafiyanın müəllifidir.

“Katalizator-substrat qeyri kovalent qarsılıqlı təsiri hesabına C-C1, C-H və C=O rabitələrinin funksionallaşdırılmasının tədqiqi” adlı doktorluq dissertasiyasının üzərində işləyir.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1997 – 2005-ci illərdə AMEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda böyük laborant vəzifəsində işləyib.

2005 – 2009-cu illərdə AMEA Kimya Problemləri İnstitutunda kiçik elmi işçi,

2009 – 2017-ci illərdə elmi işçi vəzifəsində çalışıb.

2017-ci ildən AMEA Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda böyük elmi işçi vəzifəsində işləyir.

İkinci iş yerləri[Vizual/Mobil redaktə | HTML redaktə]

2018 – 2021-ci illərdə Bakı Dövlət Universitetində,

2017 – 2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deyib.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəlidir, iki övladı var.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. ...

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]

...