Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Ədəbiyyat:Şəkidə ilk qadın məktəbi

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:Əd.Kateqoriya:Şəkinin tarixinə dair materiallar Çar Rusiyası dövründə imperoiyanın ucqarlarında, eləcə də Azərbaycanda maarif və mədə...' ilə yarat) tərəfindən edilmiş 19:01, 8 sentyabr 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search


Çar Rusiyası dövründə imperoiyanın ucqarlarında, eləcə də Azərbaycanda maarif və mədəniyyətin inkişafına diqqət yetirilmirdi. Qəzalarda nadanlıq, mövhumat və cəhalət hökm sürürdü. Əhalinin 90 faizi savadsız idi.

Statistik məlumata görə 1896-cı ildə Nuxa (Şəki) qəzasının əhalisi 95 min nəfərə çatırdı. Bunun 43 min nəfəri ailədə və cəmiyyətdə hüquqsuzluğa məhkum edilmiş qadınlar idi. O vaxt məscidlərin qaranlıq, rütubətli, həsir föşənmiş darısqal hücrələrində xeyli “Quran-falaqqa” məktəbləri fəaliyyət göstərirdi. Bütün qəzada ancaq oğlanlar üçün 8 üsuli-cədid (dünyəvi elmləri öyrədən məktəb belə adlanırdı – Red.) məktəbi var idi. Burada isə yeniyetmələrin çox az hissəsi oxuyurdu. Avam və mövhumatçı adamlar mollaxana məktəblərini üstün tuturdular. Qızların oxuyub-yazmaq öyrənməsi yolverilməz rüsvayçılıq sayılır, fövqəladə bir hadisə kimi qiymətləndirilirdi.

Azərbaycanın görkəmli marifpərvəri Həsən bəy Zərdabi 1896-cı ildə birsinifli qızlar məktəbi açmaq fikrinə düşür. General-qubernatora bu barədə ərizə yazır. Lakin qubernator heç bir səbəb göstərmədən onun xahişini rtədd edir. Bu faktın özü göstərir ki, nəinki avam və dindar camaat, heç çar hökuməti də qadınların savadlanmasını istəmirdi.

Belə bir şəraitdə bu arzunu – Azərbaycanda ilk qadınlar məktəbi açmaq arzusunu həyata keçirmək şərəfi şəkililərə nəsib olmuşdur. Mütərəqqi Nuxa ziyalılarının səyi və təkidi ilə 1894-cü ildə Məhəmməd Şeyxzadənin qızı Şəfiqə xanım atasının açdığı üsuli-cədid məktəbi nəzdində qızlar üçün bir sinif təşkil edir. Bu sinfə 20 nəfərdən çox qız cəlb edərək, onların təlim-tərbiyyəsi ilə ciddi şəkildə məşğul olmağa başlayır. 1907-ci ildə Şəfiqə xanım “Məktəbi-ünas” (Qadınlar məktəbi) açmağa nail olur. Burada 200 nəfərə yaxın qız oxuyurdu. Hətta kəndlərdən də qızlar cəlb olunmuşdu. 1917-ci ildə həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova Nuxada açılmış “Müqəddəs Nina ünas məktəbi”nə direktor təyin olunur. Bu məktəb 1819-cu ilədək fəaliyyət göstərir. Hər üç məktəb yüzlərlə azərbaycanlı qızın ibtidai təhsil almasına, cəhalətdən və köləlikdən azad olmasına imkan vermişdir. Bu məktəbləri bitirənlərin bəziləri Tiflis və bakı qız gimnaziyalarına daxil olaraq təhsillərini davam etdirmişlər.

1920-ci ildə Azərbaycan Aprel günəşi nuruna boyandı. Əsrlərlə zülm və cəhalət pəncəsində inləyən xalqımız azadlığa çıxdı. İstismar və köləliyə birdəfəlik son qoyuldu. Elm, maarif və mədəniyyət geniş inkişaf yoluna düşdü. Qadınların oxuması, savadlanması, ictimai işlərdə fəal iştirakı üçün əlverişli şərait yarandı. Bu vaxt savadsızlıqla mübarizədə qadın məktəblərinin keçmiş məzunları böyük rol oynadılar. Sovet hakimiyyətinin ilk günlərindən qara çadranı cəsarətlə atan, ictimai həyata qovuşan və nuxa qadınlarının azadlıq hərakatının ön sıralarında addımlayan Bilqeys Həşimzadə, Kubra Abbasova, Gülara Köylü qızı, həkim Firuzə Bayramova, qocaman müəllimlərdən Xanım Mahmudova, Dilarə Əmircanova, Asya bəyim Qədimbəyova bu məktəblərin məzunları idilər.

Qeyd etmək lazımdır ki, inqilabdan əvvəlki dövrdə, qadın azadlığının qəti əleyhidarları olan din xadimlərinin çar hökuməti tərəfindən qızğın müdafiə edildiyi bir zamanda, qadınların maarifləndirilməsi məsələsini açıqdan-açığa irəli sürmək və təbliğ etmək, həm də həyata keçirmək asan deyildi. Çünki din və şəriət qanunları ilə qadınların oxuması yasaq edilmişdi. Dindarların, onların tərəfdarları olan böyük nüfuz və var dövlət sahiblərininhücumlarına sinə gərmək, xalqın səadəti, maariflənməsi, işıqlı həyata çıxması naminə hər gür təhqirə dözmək lazım gəlirdi. Rəşid bəy Əfəndiyev, Mirzəhəsən Tahirzadə, Mehdi Sadıqov, Mustafa Bədəlov, Kərim Əsgərov,Abbasquli və Qasım Bayramov qardaşları, Əsgər ağa Məmmədzadə, Rəcəb Əfəndizadə, Həşim Məmmədzadə, Veysəl Mustafazadə kimi maarifpərvərlərin bu sahədə misilsiz xidmətləri olmuşdur.

“Molla Nəsrəddin” jurnalı 1907-ci ildən başlayaraq Nuxadakı qız məktəblərinin fəaliyyətinə qayğı göstərmiş, qarşıya çıxan çətinlikləri və onun səbəblərini özünəməxsus dillə tənqid etmiş, həmişə Nuxa maarifçilərinin xeyirxah işini müdafiəyə qalxmışdır.

Baxşəli Axundov, pensiyaçı.

“Şəki fəhləsi” qəzeti, № 28 (8.689), 4 mart 1978-ci il.