Changes

Sətir 438: Sətir 438:  
====ŞAHZADƏ VƏ ONUN QIRXYAŞLI İLAN-ARVADI====
 
====ŞAHZADƏ VƏ ONUN QIRXYAŞLI İLAN-ARVADI====
   −
Hansısa bir səltənətdə və naməlum bir məmləkətdə bir padşah yaşayırmış və onun yalnız bir oğlu – tax-tacının varisi, varmış, onu göz bəbəyi kimi qoruyub saxlayırmış. Bir dəfə şahzadə öz adamları ilə ova getmişdi. Uzun müddət ov etdilər, çox yoruldular və nəhayət, meşədə dincəlmək üçün dayandılar. Şahzadə bir az dincəldikdən sonra onu müşayiət edən saray əyanlarından ayrılıb meşəni gəzməyə çıxdı. O, səssiz-səmirsiz meşənin lap dərinliyinə qədər getdi, orada böyük bir kolun altında uzun saçları ilə gəncin nəzərindən gizlənən və kədərlə ona baxan yatmış gözəl bir qızı görüb çox təəccübləndi. Şahzadə çox fikirləşmədən öz adamlarının  yanına qaçdı və gördüklərini onlara danışdı. Hamısı dərhal tələsik o yerə getdilər və onların gözlərinin qarşısına elə bir gözəl qız çıxdı ki, onun gözəlliyini heç cürə təsvir etmək mümkün deyildi. Onlar qızdan ora necə düşdüyünü soruşmağa başladılar və qızın cavablarından bildilər ki, o, öz köçündən geri qalıbmış və azıbmış; yaxınlıqda gecələmək üçün yaşayış yeri olmadığından artıq üçüncü gündür ki, ac-yalavac bu kolun altında gecələyir. Şahzadənin ona yazığı gəldi və onu da özü ilə evə apardı. Bundan xəbər tutan padşah, oğlunun bu hərəkətinə çox təəccüblənməsə də, qızın özünü görəndə hədsiz gözəlliyinə görə çox təəccübləndi və özünü saxlaya bilməyib dedi: “Bu nə cazibədarlıq, bu nə gözəllikdir? Mənim oğlum! Onu Allah özü sənə arvad göndərdi, belə gözəllikdə qızı bu böyüklükdə məmləkətimdə sənə tapa bilməzdim. Şahzadə atasının sözlərini eşidəndə hədsiz sevindi, çünki elə ilk baxışdan qıza aşiq olmuşdu. Tezliklə qırx gün davam edən toy oldu və bu toy öz möhtəşəmliyinə görə bu məmləkətdə daha əvvəl olmuş bütün toyları üstələdi. Toydan bir müddət sonra padşah hiss etməyə başladı ki, sevimli oğlu gündən-günə əriyib-solur. Bütün məşhur həkimləri çağırdı, amma onlar şahzadəni nə qədər müalicə etsələr də, ona nə qədər dava-dərman verməsələr də, heç kim onu ​​naməlum xəstəlikdən sağalda bilmədi. Günlərin bir günü, sərgərdan bir yoxsul-dərviş padşahın sarayına daxil olur və o, nökərlərin söhbətindən öyrənir ki, şahzadə sağalmaz bir xəstəliyə dükar olmuşdur və buna görə də padşah çox kədərlidir və heç kimi yanına buraxmır. Sonra dərviş şahzadəni yoxlamaq üçün padşahdan icazə aldı. Padşahın oğluna baxan dərviş xəstəliyin nə olduğunu dərhal anladı və dedi: “Padşaha deyin ki, onun oğlu çox asanlıqla sağala bilər, əgər padşah məni asdırmasa, bütün həqiqəti ona söyləyə bilərəm”. Padşah, oğlunun sağalacağına ümidini itirsə də, yenə də dərvişə qulaq asmaq istədi və ona görə də əmr etdi ki, dərvişi onun yanına çağırsınlar. Dərviş içəri girəndə padşah ona dedi: “Məndən qorxma və bütün həqiqəti söylə, əgər sözün doğru çıxsa, sənə istədiyin hər şeyi verəcəyəm”.
+
Hansısa bir səltənətdə və naməlum bir məmləkətdə bir padşah yaşayırmış və onun yalnız bir oğlu – taxt-tacının varisi, varmış, onu göz bəbəyi kimi qoruyub saxlayırmış. Bir dəfə şahzadə öz adamları ilə ova getmişdi. Uzun müddət ov etdilər, çox yoruldular və nəhayət, meşədə dincəlmək üçün dayandılar. Şahzadə bir az dincəldikdən sonra onu müşayiət edən saray əyanlarından ayrılıb meşəni gəzməyə çıxdı. O, səssiz-səmirsiz meşənin lap dərinliyinə qədər getdi, orada böyük bir kolun altında uzun saçları ilə gəncin nəzərindən gizlənən və kədərlə ona baxan yatmış gözəl bir qızı görüb çox təəccübləndi. Şahzadə çox fikirləşmədən öz adamlarının  yanına qaçdı və gördüklərini onlara danışdı. Hamısı dərhal tələsik o yerə getdilər və onların gözlərinin qarşısına elə bir gözəl qız çıxdı ki, onun gözəlliyini heç cürə təsvir etmək mümkün deyildi. Onlar qızdan ora necə düşdüyünü soruşmağa başladılar və qızın cavablarından bildilər ki, o, öz köçündən geri qalıbmış və azıbmış; yaxınlıqda gecələmək üçün yaşayış yeri olmadığından artıq üçüncü gündür ki, ac-yalavac bu kolun altında gecələyir. Şahzadənin ona yazığı gəldi və onu da özü ilə evə apardı. Bundan xəbər tutan padşah, oğlunun bu hərəkətinə çox təəccüblənməsə də, qızın özünü görəndə hədsiz gözəlliyinə görə çox təəccübləndi və özünü saxlaya bilməyib dedi: “Bu nə cazibədarlıq, bu nə gözəllikdir? Mənim oğlum! Onu Allah özü sənə arvad göndərdi, belə gözəllikdə qızı bu böyüklükdə məmləkətimdə sənə tapa bilməzdim. Şahzadə atasının sözlərini eşidəndə hədsiz sevindi, çünki elə ilk baxışdan qıza aşiq olmuşdu. Tezliklə qırx gün davam edən toy oldu və bu toy öz möhtəşəmliyinə görə bu məmləkətdə daha əvvəl olmuş bütün toyları üstələdi. Toydan bir müddət sonra padşah hiss etməyə başladı ki, sevimli oğlu gündən-günə əriyib-solur. Bütün məşhur həkimləri çağırdı, amma onlar şahzadəni nə qədər müalicə etsələr də, ona nə qədər dava-dərman verməsələr də, heç kim onu ​​naməlum xəstəlikdən sağalda bilmədi. Günlərin bir günü, sərgərdan bir yoxsul-dərviş padşahın sarayına daxil olur və o, nökərlərin söhbətindən öyrənir ki, şahzadə sağalmaz bir xəstəliyə dükar olmuşdur və buna görə də padşah çox kədərlidir və heç kimi yanına buraxmır. Sonra dərviş şahzadəni yoxlamaq üçün padşahdan icazə aldı. Padşahın oğluna baxan dərviş xəstəliyin nə olduğunu dərhal anladı və dedi: “Padşaha deyin ki, onun oğlu çox asanlıqla sağala bilər, əgər padşah məni asdırmasa, bütün həqiqəti ona söyləyə bilərəm”. Padşah, oğlunun sağalacağına ümidini itirsə də, yenə də dərvişə qulaq asmaq istədi və ona görə də əmr etdi ki, dərvişi onun yanına çağırsınlar. Dərviş içəri girəndə padşah ona dedi: “Məndən qorxma və bütün həqiqəti söylə, əgər sözün doğru çıxsa, sənə istədiyin hər şeyi verəcəyəm”.
    
Dərviş başladı deməyə ki, şahzadənin o gözəl arvadı ki var, o, əslində qadın surətində qırx yaşlı ilandan başqa bir şey deyil və onunla yaşayan şahzadə isə ondan xilas olana qədər xəstə qalacaqdır. “Bütün bunları haradan bilirsən və bizi buna necə inandıra bilərsən?” – padşah soruşdu. “Bilərəm”, – deyə dərviş cavab verdi. “Bunun üçün şam yeməyinə çox duzlu plov hazırlanmasını əmr edin və qoy şahzadənin arvadı həmin plovu yesin. Onların yataq otağına isə bir damcı da su qoymayın, onlar yatmağa gedəndə, qoy şahzadə qapını özü bağlasın, özünü yatmış kimi göstərsin və xəlvəti arvadına baxsın, o zaman onun arvad yox, ilan olduğuna əmin olacaq”. Padşah dərvişin sözlərinə inanmasa da, onu pul və çörəklə mükafatlandırdı və evinə buraxdı. Padşah oğluna hər şeyi danışdı və onlar dərvişin sözlərini yoxlamaq qərarına gəldilər. Beləliklə, şam yeməyində duzlu plov yedikdən sonra gözəl həqiqətən də gecə çox susadı və ərini çağırmağa başladı, amma əri özünü yatmış kimi göstərərək arvadının çağırışına cavab vermədi. Sonra gözəl şahzadəyə baxdı və onun yatdığından əmin olub ilana çevrildi və qapının yarığından sürünərək başqa otağa keçdi; sonra su içib şahzadənin yatdığı otağa qayıtdı, yenidən qadına çevrildi və heç nə olmamış kimi yatağa girdi. Şahzadə bütün bu gördüklərini səhər atasına danışdı. Padşah əmr etdi ki, dərvişi yenidən onun yanına çağırsınlar və dərvişə dedi ki, onun dedikləri tamamilə doğru çıxdı və ondan məsləhət istədi ki oğlunu ilan-arvaddan necə xilas edə bilər?