Əfsər Abdullayev (1926–2010) — sovet dövründə Şəkidə ticarətin və mühasibat uçotunun təşkili sahəsində məsul vəzifələr tutmuş şəxs; Nuxa rayon Kooperativlər İttifaqı İdarə heyətinin sədri, Şəki rayon “Aqrar-sənaye Birliyi”nin təftiş-nəzarət şöbəsinin müdiri, ticarət və kənd təsərrüfatı sahələrində bir sıra digər vəzifələrdə işləmişdir. Ölümündən sonra – 2017-ci ildə, ARB Şəki televiziya kanalında onun həyatından bəhs edən “El ağsaqqalı – Əfsər Abdullayev” adlı televiziya filmi nümayiş etdirilib.

Əfsər Abdullayev
Abdullayev Əfsər Məmməd oğlu
Əfsər Abdullayev
Əfsər Abdullayev, 2000-ci il.
Doğum tarixi 17 dekabr 1926(1926-12-17)
Doğum yeri Nuxa (indiki Şəki), Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 6 may 2010 (83 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Nuxa Dövlət Müəllimlər İnstitutu (1943–1945)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1948–1953)

Haqqında məlumatlarRedaktə

17 dekabr 1926-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

TəhsiliRedaktə

1933 – 1943-cü illərdə Nuxa şəhər 12 №-li orta məktəbində,

1943 – 1945-ci illərdə isə Nuxa Dövlət Müəllimlər İnstitutunda,

1948 – 1953-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (qiyabi, mühasibat uçotu ixtisası üzrə) təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1945 – 1953-cü illərdə Nuxa rayonunun kənd məktəblərində və şəhər 11 №-li orta məktəbində coğrafiya fənnini tədris edib.

1953 – 1960-cı illərdə Nuxa rayonunun Baltalı, Aşağı Küngüt, ÇapağanBaş Zəyzid kəndlərindəki kolxozlarda mühasib və baş mühasib vəzifələrində çalışıb.

1960 – 1968-ci illərdə Nuxa rayon Kooperativlər İttifaqının İdarə heyətinin sədri olub.

1968 – 1977-ci illərdə Qışlaq kənd İstehlak cəmiyyətinin və Şəki rayon İctimai İaşə Birliyinin direktoru olub.

1977 – 2002-ci illərdə Şəki rayon “Aqrar-sənaye Birliyi”/“Aqrokombinat” da mühasib, təftişçi-mühasib və təftiş-nəzarət şöbəsinin müdiri vəzifələrində çalışıb.

2002-ci ildə təqaüdə çıxıb.

İctimai fəaliyyətiRedaktə

Nuxa/Şəki Rayon Xalq Deputatları Sovetinin deputatı olub. Yeni Azərbaycan Partiyası Şəki təşkilatının yaradıcılarından biridir, vəfatına qədər keçirilən YAP-ın qurultaylarının və Şəki təşkilatının bütün konfranslarının nümayəndəsi olub.

MükafatlarıRedaktə

  • “Azərittifaq”ın, “Sentrosoyuz”un və Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanları;
  • “Əla ticarətçi” döş nişanı (1966).

VəfatıRedaktə

6 may 2010-cu il tarixdə – 83 yaşında, Şəkidə vəfat edib.

AiləsiRedaktə

  • Həyat yoldaşı: Abdullayeva Lətifə Mustafa qızı (1949 – 1962-ci illərdə), Abdullayeva Firuzə Məmməd qızı (1962-ci ildən sonra).
  • Övladları: Vaqif, Nəzakət, Nazim, Rafiq, Sevda, Azər.

Həmçinin, bax:Redaktə

(“El ağsaqqalı – Əfsər Abdullayev” televiziya filmi. ARB Şəki, yanvar-2017-ci il.)

ƏdəbiyyatRedaktə

  • Qafar Cəfəroğlu, Əfsər kişi – şəkililərin inandığı və güvəndiyi insan. Miras (elmi-kütləvi jurnal). Mart, 2012.