Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Əhməd Əhmədzadə (şahmatçı)

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:56, 14 may 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Chess tile kl-whitebg.svg
Əhməd Əhmədzadə
Əhmədzadə Əhməd Samir oğlu
Fayl:Əhməd Əhmədzadə (şahmatçı).jpg
Əhməd Əhmədzadə 2019-cu ildə, Mərkəzi şahmat klubunun Ənənəvi reyting rapid turnirində iştirak edərkən.
Doğum tarixi 13 dekabr 2004 (2004-12-13) (19 yaş)
Doğum yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of Azerbaijan.svg Azərbaycan
FİDE reytinqi 2480 (aprel 2022)

Əhməd Əhmədzadə ― şahmat üzrə beynəlxalq usta (BU); 2013-cü ildə Serbiyanın Novi Sad şəhərində keçirilmiş məktəblilər arasında Avropa Çempionatında və 2014-cü ildə Yunanıstanın Kavala şəhərində keçirilmiş məktəblilər arasında Sürətli Şahmat üzrə Dünya Çempionatında 2-ci yerləri tutub[1][2]. 2015 və 2016-cı illərdə iki dəfə yaşıdları arasında[3][4], 2018-ci ildə isə yeniyetmələr arasında Azərbaycan çempionu olmuşdur[5]. Həmçinin, 2019-cu ildə Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub[6][7][8].

Haqqında məlumatlar

13 dekabr 2004-cü il tarixdə Bakıda anadan olub. Texnika elmləri namizədi, professor Əhməd-Cabir Əhmədovun (1942–2021) nəvəsi, görkəmli din xadimi, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini (müfti) Hacı İsmayıl Əhmədovun isə nəticəsidir.

Təhsili

Bakı şəhəri 6 nömrəli məktəb-liseyində təhsil alır.[9]

Şahmat karyerası

Şahmatla 2011-ci ildə – 6 yaşında olarkən, məşğul olmaya başlayıb. Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbində təlim alıb. İlk müəllimi əməkdar məşqçi, beynəlxalq idman ustası Anar Allahverdiyev olub.[10] 2012-ci ildə birinci dərəcəli, 2014-cü ildə Ustalığa Namizəd (CM), 2017-ci ildə FIDE ustası (FM), 2019-cu ildə isə Beynəlxalq Usta (IM) normasını yerinə yetirib[11][12].

Bütün nəaliyyətləri

İl Nəticə Yarışın adı Yarışın keçirildiyi yer
2012 2 8 yaşadək uşaqlar arasında Avropa Kuboku Flag of Georgia.svg Kutaisi, Gürcüstan
3 7-ci Beynəlxalq Nana Aleksandriya Kuboku (8 yaşadək) Flag of Georgia.svg Poti, Gürcüstan
2 8 yaşadək məktəblilər arasında Azərbaycan Birinciliyi Flag of Azerbaijan.svg Quba, Azərbaycan
3 Baku Open. Grup C (8 yaşadək) Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
2013 2 10 yaşadək uşaqlar arasında Bakı Çempionatı Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
2 10 yaşadək uşaqlar arasında Azərbaycan Çempionatı Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
2 9 yaşadək məktəblilər arasında Avropa Çempionatı Flag of Serbia.svg Novi Sad, Serbiya
3 8-ci Beynəlxalq Nana Aleksandriya Kuboku (10 yaşadək) Flag of Georgia.svg Poti, Gürcüstan
1 Batumi Beynəlxalq Şahmat Festivalı (10 yaşadək) Flag of Georgia.svg Batumi, Gürcüstan
2014 1 Ümumilli Lider Heydər Əliyevin 91 illiyinə həsr edilmiş Şahmat Festivalı Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
2 10 yaşadək uşaqlar arasında Azərbaycan Çempionatı Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
2 11 yaşadək məktəblilər arasında Dünya Çempionatı. Sürətli şahmat (11 yaşadək) Flag of Greece.svg Kavala, Yunanıstan
3 Qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri (10 yaşadək) Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
3 13-cü "Dubai Juniors" şahmat turniri (14 yaşadək) Flag of the United Arab Emirates.svg Dubay, BƏƏ
1 Abu Dhabi Şahmat Festivalı. Flag of the United Arab Emirates.svg Əbu-Dabi, BƏƏ
1 Baku Open. Grup C (12 yaşadək) Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
2015 2 Ümumdünya Gənclər Oyunları Flag of Russia.svg Soçi, Rusiya
1 12 yaşadək yeniyetmələr arasında Azərbaycan Çempionatı Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
1 "The Hopes of the World" Şahmat Turniri (12 yaşadək) Flag of Bulgaria.svg Varna, Bolqarıstan
2 Qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri (12 yaşadək) Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
1 Kişilər arasında Azərbaycan Çempionatı (1-ci dəstə) Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
2016 1 12 yaşadək yeniyetmələr arasında Azərbaycan Çempionatı Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
1 Qrosmeyster Aydın Hüseynovun xatirəsinə həsr olunmuş şahmat turniri (12 yaşadək) Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
3 Azərbaycan Milli Müstəqillik Gününə həsr olunmuş sürətli şahmat turniri Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
3 Kişilər arasında Azərbaycan Çempionatı (1-ci dəstə) Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
2017 1 Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (sürətli şahmat) Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
2018 1 Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (Komanda Blitz) Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
1 18 yaşadək yeniyetmələr arasında Azərbaycan Çempionatı Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
2 15-ci "Dubai Juniors" şahmat turniri (14 yaşadək) Flag of the United Arab Emirates.svg Dubay, BƏƏ
3 Baku Summer Festival (Blitz) Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
2019 3 Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (sürətli şahmat) Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
2 Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (Masters) Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
1 Yeniyetmələr arasında Dünya Şahmat Olimpiyadası Flag of Turkey.svg Çorum, Türkiyə
2020 1 Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (sürətli şahmat) Flag of Azerbaijan.svg Bakı, Azərbaycan
2021 1 Təhsil RİM-in Komandalar arasında Respublika Birinciliyi Flag of Azerbaijan.svg Bakı, Azərbaycan

İstinadlar

Şablon:Yaxşı məqalə