Əhməd Əhmədzadə (şahmatçı)

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:56, 15 may 2021 tarixli dəyişiklik

Əhməd Əhmədzadə ― şahmat üzrə beynəlxalq usta (BU); 2013-cü ildə Serbiyanın Novi Sad şəhərində keçirilmiş məktəblilər arasında Avropa Çempionatında və 2014-cü ildə Yunanıstanın Kavala şəhərində keçirilmiş məktəblilər arasında Sürətli Şahmat üzrə Dünya Çempionatında 2-ci yerləri tutmuş[1][2], 2015 və 2016-cı illərdə iki dəfə yaşıdları arasında[3][4], 2018-ci ildə isə yeniyetmələr arasında Azərbaycan çempionu olmuşdur[5]. Həmçinin, 2019-cu ildə Azərbaycan yığma komandasının heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub[6][7][8].

Chess tile kl-whitebg.svg
Əhməd Əhmədzadə
Əhmədzadə Əhməd Samir oğlu
Fayl:Əhməd Əhmədzadə (şahmatçı).jpg
Əhməd Əhmədzadə 2019-cu ildə, Mərkəzi şahmat klubunun Ənənəvi reyting rapid turnirində iştirak edərkən.
Doğum tarixi 13 dekabr 2004 (2004-12-13) (19 yaş)
Doğum yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of Azerbaijan.svg Azərbaycan
FİDE reytinqi 2480 (aprel 2022)

Azərbaycan Respublikasının əməkdar müəllimi professor Əhməd-Cabir Əhmədovun (1942–2021) və Azərbaycan Respublikasının xalq yazıçısı Qılman İlkinin (1914–2009) nəvəsi, görkəmli din xadimi, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini (müfti) Hacı İsmayıl Əhmədovun isə nəticəsidir.

Haqqında məlumatlar

13 dekabr 2004-cü il tarixdə Bakıda anadan olub.

Təhsili

Bakı şəhəri 6 nömrəli məktəb-liseyində təhsil alır.[9]

Şahmat karyerası

Şahmatla 2011-ci ildə – 6 yaşında olarkən, məşğul olmaya başlayıb. Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbində təlim alıb. İlk müəllimi əməkdar məşqçi, beynəlxalq idman ustası Anar Allahverdiyev olub.[10] 2012-ci ildə birinci dərəcəli, 2014-cü ildə Ustalığa Namizəd (CM), 2017-ci ildə FIDE ustası (FM), 2019-cu ildə isə Beynəlxalq Usta (IM) normasını yerinə yetirib[11][12].

Bütün nəaliyyətləri

İl Nəticə Yarışın adı Yarışın keçirildiyi yer
2012   8 yaşadək uşaqlar arasında Avropa Kuboku   Kutaisi, Gürcüstan
  7-ci Beynəlxalq Nana Aleksandriya Kuboku (8 yaşadək)   Poti, Gürcüstan
  8 yaşadək məktəblilər arasında Azərbaycan Birinciliyi   Quba, Azərbaycan
  Baku Open. Grup C (8 yaşadək)   Bakı, Azərbaycan
2013   10 yaşadək uşaqlar arasında Bakı Çempionatı   Bakı, Azərbaycan
  10 yaşadək uşaqlar arasında Azərbaycan Çempionatı   Bakı, Azərbaycan
  9 yaşadək məktəblilər arasında Avropa Çempionatı   Novi Sad, Serbiya
  8-ci Beynəlxalq Nana Aleksandriya Kuboku (10 yaşadək)   Poti, Gürcüstan
  Batumi Beynəlxalq Şahmat Festivalı (10 yaşadək)   Batumi, Gürcüstan
2014   Ümumilli Lider Heydər Əliyevin 91 illiyinə həsr edilmiş Şahmat Festivalı   Bakı, Azərbaycan
  10 yaşadək uşaqlar arasında Azərbaycan Çempionatı   Bakı, Azərbaycan
  11 yaşadək məktəblilər arasında Dünya Çempionatı. Sürətli şahmat (11 yaşadək)   Kavala, Yunanıstan
  Qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri (10 yaşadək)   Bakı, Azərbaycan
  13-cü "Dubai Juniors" şahmat turniri (14 yaşadək)   Dubay, BƏƏ
  Abu Dhabi Şahmat Festivalı.   Əbu-Dabi, BƏƏ
  Baku Open. Grup C (12 yaşadək)   Bakı, Azərbaycan
2015   Ümumdünya Gənclər Oyunları   Soçi, Rusiya
  12 yaşadək yeniyetmələr arasında Azərbaycan Çempionatı   Bakı, Azərbaycan
  "The Hopes of the World" Şahmat Turniri (12 yaşadək)   Varna, Bolqarıstan
  Qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri (12 yaşadək)   Bakı, Azərbaycan
  Kişilər arasında Azərbaycan Çempionatı (1-ci dəstə)   Bakı, Azərbaycan
2016   12 yaşadək yeniyetmələr arasında Azərbaycan Çempionatı   Bakı, Azərbaycan
  Qrosmeyster Aydın Hüseynovun xatirəsinə həsr olunmuş şahmat turniri (12 yaşadək)   Bakı, Azərbaycan
  Azərbaycan Milli Müstəqillik Gününə həsr olunmuş sürətli şahmat turniri   Bakı, Azərbaycan
  Kişilər arasında Azərbaycan Çempionatı (1-ci dəstə)   Bakı, Azərbaycan
2017   Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (sürətli şahmat)   Bakı, Azərbaycan
2018   Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (Komanda Blitz)   Bakı, Azərbaycan
  18 yaşadək yeniyetmələr arasında Azərbaycan Çempionatı   Bakı, Azərbaycan
  15-ci "Dubai Juniors" şahmat turniri (14 yaşadək)   Dubay, BƏƏ
  Baku Summer Festival (Blitz)   Bakı, Azərbaycan
2019   Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (sürətli şahmat)   Bakı, Azərbaycan
  Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (Masters)   Bakı, Azərbaycan
  Yeniyetmələr arasında Dünya Şahmat Olimpiyadası   Çorum, Türkiyə
2020   Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (sürətli şahmat)   Bakı, Azərbaycan
2021   Təhsil RİM-in Komandalar arasında Respublika Birinciliyi   Bakı, Azərbaycan

İstinadlar

Şablon:Yaxşı məqalə