Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əli Əhmədov (çəkməçi)

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 11:00, 4 mart 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Əli Əhmədov
Əhmədov Əli Davud oğlu
Əli Əhmədov
Əli Əhmədov.
Digər adı Çəkməçi Əli dayı
Doğum tarixi 7 avqust 1934(1934-08-07)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 4 mart 2016 (81 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İxtisası çəkməçi

Əli Əhmədov (1934–2016) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi və Azərbaycan Dövlət Akademik Filarmoniyasının çəkməçisi. Bir sıra Azərbaycan klassik şairlərinin əsərlərini, o cümlədən, Nizaminin “Xəmsə”sini əzbər bilirdi. Müxtəlif vaxtlarda 20 şair onun haqqında şeir yazmış, dövri-mətbuatda onun haqqında 52 məqalə çap edilmişdir.

Haqqında məlumatlar

7 avqust 1934-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1952-cü ildə Bakıya köçüb.

Təhsili

Natamam – altıillik, orta təhsil alıb.

Hərbi xidmətdə

1954 – 1957-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1949-cu ildən sənət artelində Aydın ustanın yanında şagird olub.

1952 – 1954 və 1957 – 1959-cu illərdə Bakıdakı ayaqqabı sexlərində işləyib.

1959-cu ildən Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çəkməçi işləyib.

Təltif və mükafatları

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (1991).

Vəfatı

4 mart 2016-cı il tarixdə – 81 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Rəhimli Ş. Nizamini, Füzulini, Seyid Əzimi əzbər bilən alim kimi çəkməçi... - MÜSAHİBƏ : [arx. 20 Jul 2012 - 27 Jan 2021] // Modern.az. — 2012. — 17 aprel. — Müraciət tarixi: 29.11.2021.
  2. Çəkməçi "Əli dayı" - şəkillərdə : [arx. 29.11.2021] // BBC News Azərbaycanca. — 2013. — 29 aprel. — Müraciət tarixi: 29.11.2021.

Həmçinin, bax: