Əli Qaffarlı

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:39, 4 oktyabr 2021 tarixli dəyişiklik

Əli Qaffarlı — rəssam-pedaqoq, Sumqayıt şəhər 2 saylı Uşaq İncəsənət Məktəbinin rəsm şöbəsinin müəllimi.

Əli Qaffarlı
Qafarlı Əli Vidadi oğlu
Əli Qaffarlı
Əli Qaffarlı, 2015-ci il.
Doğum tarixi 2 yanvar 1990 (1990-01-02) (34 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Ə.Əzimzadə adına Rəssamlıq Məktəbi
Janrı portret
Üslub klassik
Atası Vidadi Qaffarlı

Haqqında məlumatlar

2 yanvar 1990-cı il tarixdə Şəkidə anadan olub.

İlk rəssamliq təhsilimi atası Vidadi Qaffarlıdan alıb.

2008 – 2012-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb.

2012-ci ildən Sumqayıt şəhər 2 saylı Uşaq İncəsənət Məktəbinin rəsm şöbəsində müəllim işləyir.

Yaradıcılığı

Müxtəlif illərdə bir sıra rəsm sərgilərində iştirak edib, sertifikat və diplomlarla mükafatlandırılıb.

2020-ci ildə “Humanizmin Memarı” adlı Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunmuş sərgidə iştirakına görə diplom və mükafat alıb.

Şokoladla rəsmlər çəkə bilir.

Yaradıcılığından nümunələr