Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Ənvər Həmidov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
k (Tofiq Kərimli Ənvər Mete səhifəsinin adını Ənvər Həmidov olaraq dəyişdi.)
Sətir 1: Sətir 1:
[[Kateqoriya:Ə]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]]
+
[[Kateqoriya:Ə]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış həkimlər]]
 
{{Şəxs
 
{{Şəxs
 
|Adı              = Ənvər Həmidov
 
|Adı              = Ənvər Həmidov

10:58, 21 iyul 2020 versiyası

Ənvər Həmidov
Doğum tarixi 1937(1937-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa (Şəki) şəhəri
Vəfat tarixi 19 mart 2014 (77 yaşında)
Vəfat yeri Flag of Azerbaijan.svg Azərbaycan Mərdəkan
Atası Mustafa
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu

Ənvər Mustafa oğlu Həmidov (Ənvər Mete) — tanınmış həkim və yazıçı-publisist.

Həyatı

Ənvər Həmidov 1937-ci ildə Nuxa (Şəki) şəhərində anadan olmuşdur. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Əvvəllər Şəki Rayonlararası Mərkəzi Xəstəxanada cərrah işləmişdir. 1968-ci ildə Moskvada akademik N.Priorov adına Elmi Tədqiqat Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda sümük patologiyası üzrə aspiranturaya daxil olmuş, 1971-ci ildə sümük şişlərinə dair namizədlik dissertasiyasını müdafiə etmişdir. O, həmin ildən Bakı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda kiçik elmi işçi vəzifəsidə işləməyə başlayır, daha sonra baş elmi işçi, Elmi Şuranın katibi və gənc alimlərin Elmi Şurasının sədri, 1975-1980-ci illərdə isə Azərbaycan Travmatologiya – Ortopedlər Elmi Cəmiyyəti İdarə Heyətinin katibi olur.

19761983-cü illərdə Bakı şəhər 3 saylı klinik xəstəxanasında ortopediya şöbəsinə rəhbərlik etmişdir. 1987–2000-ci illərdə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında baş həkim olmuşdur. Daha sonra həmin xəstəxanada travmatoloq – ortoped və baş həkimin müalicə işləri üzrə müavini işləyirdi. Səhiyyə əlaçısı idi. 70-dən çox elmi işin, 5 monoqrafiyanın müəllifidir. Bir elmi işi ABŞ-da çap edilmişdir.

Onun "Loğmanlar yurdu" (Bakı, "İşıq" nəşriyyatı, 1991) əsəri tədris vəsaiti kimi istifadə edilir. "O torpağın övladları" (Bakı, "Nurlan" nəşriyyatı 2006) adlı iri həcmli əsəri Şəkinin görkəmli şəxslərinə həsr olunmuşdur. Bundan başqa "İblis Xislətli Erməni" adlı digər bir kita isə onun həmmüəllifliyi ilə (Nadir Əhmədovla birlikdə) işıq üzü görmüşdür.

Ənvər Həmidov (Mete) özü də haqqında sevə-sevə söhbət açdığı loğmanlar nəslinin layiqli davamçılarından biri idi.

İstinadlar

Xarici keçidlər