Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Ənvər Həmidov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Teqlər: Mobil veb-redaktə Mobil redaktə
Sətir 81: Sətir 81:
 
1975 – 1980-ci illərdə Azərbaycan Travmatologiya – Ortopedlər Elmi Cəmiyyəti İdarə Heyətinin katibi olub.
 
1975 – 1980-ci illərdə Azərbaycan Travmatologiya – Ortopedlər Elmi Cəmiyyəti İdarə Heyətinin katibi olub.
  
1982-1987-ci illərdə Qəsəbə Xalq Deputatları Sovetinin, Buzovna qəsəbəsindən deputatı olub.
+
1982 1987-ci illərdə Buzovna Qəsəbə Xalq Deputatları Sovetinin,
  
1985-1995-ci illərdə Rayon Xalq Deputatları Sovetinin, Əzizbəyov rayonundan deputatı olub.
+
1985 1995-ci illərdə Əzizbəyov Rayon Xalq Deputatları Sovetinin,
  
1990-1995-ci illərdə Şəhər Xalq Deputatları Sovetinin deputatı olub.
+
1990 1995-ci illərdə isə Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı olub.
  
Səhiyyə əlaçısı olub.
+
Səhiyyə əlaçısı və əmək veteranı idi.
 
 
Əmək veteranı olub.
 
  
 
==Ədəbiyyat==
 
==Ədəbiyyat==

14:26, 23 iyul 2020 versiyası

Ənvər Həmidov
Həmidov Ənvər Mustafa oğlu
Ənvər Həmidov
Ənvər Həmidov
Doğum tarixi 17 iyul 1937(1937-07-17)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 20 mart 2014 (76 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Bakı, Mərdəkan qəsəbəsi, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi tibb
Elmi dərəcəsi tibb elmləri namizədi
Təhsili N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu

Ənvər Həmidov (Həmidov Ənvər Mustafa oğlu; d. 17 iyul 1937-ci ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ – ö. 20 mart 2014-cü ildə, Bakı, Azərbaycan Respublikası) — həkim-travmataloq, tibb elmləri namizədi (1971). 1987-ci ildən 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında çalışmış, o cümlədən, 1987 – 2000-ci illərdə həmin xəstəxananın baş həkimi olmuşdur. Elmi və tibbi fəaliyyəti ilə yanaşı, publisistik fəaliyyətlə də məşğul olub; Azərbaycan tibb işçiləri haqqında və Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumatlar toplularının müəllifidir.

Haqqında məlumatlar

17 iyul 1937-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1954-ci ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbi,

1962-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib.

1968 –1971-ci illərdə Moskvada Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunun aspiranturasında sümük patologiyası üzrə aspirant təhsili alıb.

Elmi fəaliyyəti

1971-ci ildə Moskvada Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda sümük sümük şişləri mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

70-dən çox elmi işin, 5 monoqrafiyanın müəllifidir. Bir elmi işi ABŞ-da çap olunub.

Əmək fəaliyyəti

1962 – 1968-ci illərdə Nuxa Rayonlararası Mərkəzi Xəstəxanasında cərrah işləyib.

1971 – 1976-cı illərdə Bakı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə baş elmi işçi vəzifəsində işləyib.

1976 – 1983-cü illərdə Bakı şəhər 3 saylı klinik xəstəxanasında ortopediya şöbəsinə rəhbərlik edib.

1984-1987-ci illərdə 14 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasının baş həkimi olub.

1987 – 2000-ci illərdə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasının baş həkimi olub.

2000 – 2014-cü illərdə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında travmatoloq – ortoped və baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb.

Publisistik fəaliyyəti

"Ekologiya və sağlamlıq" (Bakı, 1990)

"Torpağımız, məhsullarımız və sağlamlığımız" (Bakı, 1990)

“Loğmanlar yurdu” (Bakı, “İşıq” nəşriyyatı, 1991). Azərbaycan tibb işçiləri haqqında. Bu kitabı 2008-ci ildə əlavələrlə yenilənmiş formada artıq Ənvər Mete təxəllüsü ilə yenidən "Loğmanlar" (Bakı, "Nurlan" nəşriyyatı, 2008) adı ilə nəşr edilmişdir.

“O torpağın övladları” (Bakı, "Nurlan" nəşriyyatı, 2006). Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumatlar toplusudur.

"İblis xislətli erməni" (Bakı, "Elm və təhsil" nəşriyyatı, 2009)

"İntellektual ekologiya" (Bakı, "Elm və təhsil" nəşriyyatı, 2012).

Digər

1975 – 1980-ci illərdə Azərbaycan Travmatologiya – Ortopedlər Elmi Cəmiyyəti İdarə Heyətinin katibi olub.

1982 – 1987-ci illərdə Buzovna Qəsəbə Xalq Deputatları Sovetinin,

1985 – 1995-ci illərdə Əzizbəyov Rayon Xalq Deputatları Sovetinin,

1990 – 1995-ci illərdə isə Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı olub.

Səhiyyə əlaçısı və əmək veteranı idi.

Ədəbiyyat

  • Nadir Əhmədov (23-05-2014). "Mənalı həyat yolu". http://medeniyyet.az (azərb.). medeniyyet.az. 15 Jun 2019 - 17 Sep 2019 tarixində arxivləşdirilib.
  • "Ənvər Mustafa oğlu Həmidov (Ənvər Mete) vəfat edib" (azərb.). 21 Jul 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə