Əsgər Kərimov

Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:47, 26 aprel 2020 tarixli dəyişiklik

Əsgər Kərimov (Kərimov Əsgər Şakir oğlu; d.  1941-ci il, Nuxa, Azərbaycan SSR, SSRİ ) − azərbaycanlı heykəltəraş, professor.

Əsgər Kərimov
Kərimov Əsgər Şakir oğlu
Əsgər Kərimov
Əsgər Kərimov
Doğum tarixi 1941
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ
Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili
  • Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi (Bakı) (1960 – 1965);
  • Tbilisi Rəssamlıq Akademiyası (1969 – 1975)

1941-ci ildə Nuxada anadan olub.

1960-cı ildə Nuxa 12 №-li orta məktəbi bitirib.

1960 – 1965-ci illərdə Bakıda – Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1969 – 1975-cu illərdə isə Tbilisi Rəssamlıq Akademiyasına təhsil alıb.

1965-ci ildən Azərbaycan Bədii Fondunun, 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının, 1980-cı ildən isə SSRİ Bədii Fondunun üzvü olub.

1975-ci ildən Azərbaycanın ali təhsil müəssisələrində rəsm, kompozisiya, heykəltəraşlıq fənlərindən dərs deyib.

Yaratdığı bədii sənət nümunələri Azərbaycanın Bakı, Qəbələ, Şuşa, Şəki, Ağdam və Bərdə şəhərlərində, Ukraynanın Yalta şəhərində və digər yerlərdə qoyulub.

2007-ci ildə bağlanmış Müstəqil Azərbaycan Universitetinin professoru və Dizayn kafedrasının müdiri idi. 2019-cu il üçün pedaqoji fəaliyyətini və yaradıcılığını Türkiyədə davam etdirir.

İstifadə edilmiş əsas mənbələr

Məmmədov Ə., Xalıqov F. Kərimov Əsgər // Şəki: Alim və ziyalılar. — Bakı. — 2 cilddə. — Səh.: 308. Şablon:Yaxşı məqalə