Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı

Aşağı Göynük

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:A{{YM |ad = Aşağı Göynük |xəritə = Seki.PNG |xəritə miqyas = 250px |xəritə məlumat = Aşağı Göynük kən...' ilə yarat) tərəfindən edilmiş 17:30, 14 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Yaşayış məntəqəsi
Aşağı Göynük
Asagigoynuk.jpg
Ölkə Azərbaycan
Region Şəki rayonu
Əhalisi 2791 nəfər
Poçt indeksi AZ5511[1]



Aşağı GöynükAzərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

Aşağı Göynük Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Çəparx çayının hər iki sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Göynük (indiki Baş Göynük) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. "Aşağıda olan Göynük kəndi" deməkdir[2].

Kəndin tarixi 200 il bundan əvvəldən daha qədimdir. Məlumatlara gorə kəndin əsasını Baş Göynük kəndindən gələnlər qoymuşdur. Daha sonralar buraya başqa yerlərdən əhali gəlmiş və qaynayıb qarışmışdır. Kəndə ən son gələnlər isə 100 il bundan əvvəldən başlayaraq ləzgilər olmuşdur.

Coğrafiyası və iqlimi

Rayon mərkəzindən 18 km şimal-qərbdə, Şəki-Zaqatala şose yolundan 2 km aralı, Alazan-Həftəran vadisindədir. İqlimi yayı rütubətli keçən mülayim-isti iqlimdir.

Kəndin içərisindən Çəparx çayı keçir.

Əhalisi

Əhalisi əsasən azərbaycanlı və ləzgilərdən ibarətdir. Kəndin əhalisi 2791 nəfər təşkil edir ki, onun da 1405 nəfəri kişi, 1386 nəfəri isə qadındır. .

İstinadlar

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Şablon:Şəki rayonu-qaralama Şablon:Kənd-qaralama