Abbasəli Əliyev

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:15, 3 noyabr 2020 tarixli dəyişiklik

]][[Kateqoriya:

Abbasəli Əliyev
Əliyev Abbasəli Abdurəhman oğlu
Abbasəli Əliyev
Abbasəli Əliyev
Doğum tarixi 15 may 1911(1911-05-15)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 23 avqust 1985 (74 yaşında)
Vəfat yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Peşəsi həkim
Milliyyəti azərbaycanlı

Abbasəli Əliyev (Əliyev Abbasəli Abdurəhman oğlu; d. 15 may 1911-ci ildə, Nuxa, Azərbaycan SSR, SSRİ – ö. 23 avqust 1985-ciildə, Şəki, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı həkim, Böyük Vətən müharibəsi iştirakçısı, kapitan.

Haqqında məlumatlar

15 may 1911-ci il mayın 15-də Nuxada anadan olub.

Təhsili

1936-cı ildə Şəki Tibb Fəhlə Fakültəsini (Med.Rab.Fak.) bitirib.

1936 – 1941-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.

Əmək fəliyyəti

Hərbi xidmətdə

1941-ci ildə Tibb İnstitutunu bitirərkən Böyük Vətən Müharibəsi başlayıb və o, hərbçi-həkim kimi sovet ordusunda xidmətə çağırılıb. Müharibə qurtardıqdan sonra da hərbi qulluqda qalıb və 17 il Uzaq Şərqdə, Tiflisdə, Zaqatalada, Lerikdə, Nasosnıda, Bakıda, Gəncədə və bir neçə digər şəhərdə hərbçi həkim kimi çalışıb. 1957-ci ildə kapitan rütbəsi ilə sovet ordusundan tərxis olunub.

Mülki xidmətdə

1957 — 1985-ci illərdə Nuxa/Şəki Mərkəzi Xəstəxanasında işləyib.

Vəfatı

15 avqust 1985-ci il tarixdə Şəkidə dünyasını dəyişib.

Mükafatları

  • Медаль "За боевые заслуги" - 31 август 1943.
  • Орден Красной Звезды - 5 август 1944.
  • Медаль "За победу над Германией в Великой Отечественной войне 1941-1945 гг." - 1945.
  • Медаль "За боевые заслуги" - 26 окетябрь 1955.
  • Медаль "Двадцать лет Победы в Великой Отечественной войне 1941-1945 гг." - 29 март 1966.
  • Медаль "50 лет Вооруженных сил СССР" - 16 май 1969.
  • Знак "Победитель социалистического соревнования 1973 года" - 12 март 1973.
  • Медаль "Тридцать лет Победы в Великой Отечественной войне 1941-1945 гг." - 22 сентябрь 1975.
  • Почетная Грамота Президиума ЦК общества Красного Полумесяца Аз.ССР "За достигнутые успехи в работе и в ознаменование 50-летия образования Общества Красного Полумесяца Аз.ССР" - 31 май 1973.
  • Почетная Грамота Общества "Знание" Аз.ССР "За активное участие в пропаганде знаний среди трудящихся" - 24 январь 1977

Ailəsi

Həyat yoldaşı Xavər Əliyeva həkim-bakterioloq idi. 1979-cu ildə “Əmək veteranı” medalı, 1982-ci ildə uzun müddət qüsursuz işlədiyinə görə və anadan olmasının 60 illiyi münasibətilə Tibb İşçiləri Həmkarlar İttifaqının Şəki rayon şöbəsi tərədindən fəxri fərmanla təltif edilmişdir.

Övladları İsmayıl, Şərafət və Gülrux - hər üçü musiqiçidirlər.

Oğlu İsmayıl Əliyev musiqiçi-pedaqoqdur. 1972 – 2017-ci illərdə Şəki Musiqi Texnikumunda əvvəl xalq çalğı alətləri şöbəsinin müdiri, sonra isə müəllim və xalq çalğı alətləri orkestrinin rəhbəri olub.

 
Abbasəli Əliyev qızı Gülrux və nəvələri ilə birlikdə