Adil Qəribov
Adil Qəribov | |
---|---|
Qəribov Adil Abdulxalıq oğlu | |
Doğum tarixi | 28 mart 1950 |
Doğum yeri | İbrahimkənd, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti |
Üzvlüyü | AMEA-nın həqiqi üzvü |
Mükafatları |
|
Adil Qəribov — kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvi, Azərbaycan Respublikasının əməkdar elm xadimi.
Haqqında məlumatlar
28 mart 1950-ci il tarixdə Nuxa rayonunun İbrahimkənd kəndində anadan olub.
Təhsili
1966-cı ildə orta məktəbi gümüş medаlla bitirib.
1966 — 1972-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fiziki kimya fakultəsində təhsil alıb.
1972 — 1976-cı illərdə isə Azərbaycan SSR Elmlər Akademiyasının Radiasiya Tədqiqatları sektorunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
Azərbaycan SSR Elmlər Akademiyasının Radiasiya Tədqiqatları sektorunda
1977 – 1978-ci illərdə mühəndis,
1978 – 1980-cı illərdə kiçik elmi işçi,
1980 – 1990-cı illərdə isə baş elmi işçi vəzifəsində işləyib.
Elmi fəaliyyəti
1979-cu ildə “Seolit və tərkibində seolit olan katalızatorlara qamma şüalarının təsirinin tədqiqi” mövzusunda namizədlik,
1995-ci ildə “Oksid və metal-oksid sistemlərinin səthində maddələrin radiasiya katalitik parçalanma proseslərində enerji ötürülməsinin qanunauyğunluqları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1990 − 1995-ci illərdə müxtəlifnövlü sistemlərin radiasion kimyası qrupunun rəhbəri olub.
1998-ci ildə professor elmi adını alıb.
1995 − 2001-ci illərdə AMEA Radiasiya Tədqiqatlar sektorunun müxtəlifnövlü sistemlərin radiasiya kimyası laboratoriyasının rəhbəri olub.
2002-ci ildə iş yeri AMEA Radiasiya Problemləri İnstitutunun direktoru olub.
2007-ci ildə radiasiya kimya ixtisası üzrə AMEA–nın müxbir üzvü,
2014-cü ildə isə həqiqi üzvü seçilib.
Təltif və mükafatları
2005-ci ildə tarixdə Əməkdar Elm Xadimi adına layiq görülüb.
2020-ci ildə “Şöhrət” ordeninə layiq görülüb.
Mənbə
Akademik Adil Qəribovun 70 yaşı tamam olur (www.science.az ).