Aysel Məmmədbəyli — german dilləri ixtisasında filologiya elmləri elm sahəsi üzrə elmlər doktoru, Azərbaycan Dillər Universitetinin ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti.

Aysel Məmmədbəyli
Məmmədbəyli Aysel İlqar qızı
Aysel Məmmədbəyli
Aysel Məmmədbəyli.
Doğum tarixi 24 avqust 1986 (1986-08-24) (37 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi german dilləri, filologiya
İş yeri Azərbaycan Dillər Universiteti
Elmi dərəcəsi elmlər doktoru
Elmi adı dosent
Təhsili

 • Azərbaycan Dillər Universiteti, bakalavriat, 1 №-li ingilis dili fakültəsi, filologiya ixtisası (2004–2008)

 • Azərbaycan Dillər Universiteti, magistratura, dilşünaslıq fakültəsi, dilşünaslıq ixtisası (2008–2010)
Atası İlqar Abdulkərim oğlu Kərimov
Anası Fəridə Əjdər qızı Kərimova
Adının digər versiyaları Aysel Mammadbayli, Aysel Memmedbeyli, Айсел Мамедбейли, Айсел Мамедбекли, Ајсел Мәммәдбәјли

Haqqında məlumatlar

24 avqust 1986-cı il tarixdə Bakıda anadan olub.

Təhsili

1993 – 2004-cü illərdə Bakı şəhər 258 saylı orta məktəbində,

2004 – 2008-ci illərdə Azərbaycan Dillər Universitetinin bakalavriat şöbəsinin 1 №-li ingilis dili fakültəsində,

2008 – 2010-cu illərdə Azərbaycan Dillər Universitetinin magistratura şöbəsinin dilşünaslıq fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti

2011-ci ildə german dilləri ixtisası üzrə Azərbaycan Dillər Universitetinin dissertantura şöbəsinə qəbul olunub.

2016-cı il filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi,

2022-ci ildə dosent elmi adı,

2023-cü ildə filologiya elmləri elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi alıb.

9 tezisin (4-ü xaricdə nəşr olunub), 25 məqalənin (10-u xaricdə nəşr olunub), 1 monoqrafiyanın, 1 nəzəri və praktik dərs vəsaitin, 2 metodiki vəsaitin və 1 proqramın müəllifidir.

Əmək fəaliyyəti

2009-cu ildən Azərbaycan Dillər Universitetinin ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasında işləyir; o cümlədən,

2009-cu ildən laborant,

2010-cu ildən müəllim

2018-ci ildən baş müəllim,

2019-cu ildə isə dosent əvəzi,

2022-ci ildə dosent vəzifəsinə təyin olunub.

İctimai-siyasi fəaliyyəti

2021-ci ildə isə Azərbaycan Dillər Universitetinin Dissertasiya şuraları nəzdində elmi seminarın katibi vəzifəsinə təyin olunub.

Təltif və mükafatları

  • Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Fəxri fərmanı — “İlin Peşəkar Gənci” müsabiqəsində qazandığı uğurlarına görə (21 fevral 2020-ci il )
  • Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “2019-cu ilin Peşəkar Gənci” Fəxri diplomu və döş nişanı — əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə (15 iyul 2020-ci il).

Ailəsi

Ailəlidir, 3 övladı var.