Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Bəxtiyar Məmmədov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 42: Sətir 42:
  
 
=== Əmək fəaliyyəti ===
 
=== Əmək fəaliyyəti ===
1948 – 1949-cu illərdə əvvəl “Orcenikidzeneft” trestinin 5-ci mədənində neftçıxarma ustasının köməkçisi, sonra turbinli qazmanın şərq konturunda 6-cı dərəcəli qazma ustası, “Orcenikidzeneft” trestinin 1-ci mədənində qazma ustası, həmin trestin mədən müdirinin növbətçi köməkçisi,
+
1948 – 1949-cu illərdə əvvəl “Orcenikidzeneft” trestinin 5-ci mədənində neftçıxarma ustasının köməkçisi, sonra turbinli qazmanın şərq konturunda 6-cı dərəcəli qazma köməkçisi, “Orcenikidzeneft” trestinin 1-ci mədənində qazma ustası, həmin trestin mədən müdirinin növbətçi köməkçisi,
 +
 
 +
1949 – 1951-ci illərdə “Orcenikidzeneft” trestinin qazma ustası, mədən istismarı üzrə 1-ci mədəndə böyük mühəndis,
 +
 
 +
1951 – 1952-ci illərdə “UmBakı” mədənində baş mühəndis,
 +
 
 +
1952-ci ildə “Qobustanneft” trestinin “UmBakı” mədəninin müdiri,
 +
 
 +
1952 – 1955-ci illərdə “Gürcənneft” neft-mədən idarəsinin 1-ci və ikinci mədənlərinin müdiri,
 +
 
 +
1955 – 1962-ci illərdə {{Sov.İKP}} XXII qurultayı adına meft-mədən idarəsinin rəisi,
 +
 
 +
1962 – 1963-cü illərdə “Azneft” birliyinin rəis müavini, baş mühəndisi,
 +
 
 +
1963 – 1965-ci illərdə “Başdənizneft” idarəsinin rəisi,
 +
 
 +
1965 – 1970-ci illərdə Azərbaycan SSR neft sənayesi naziri,
 +
 
 +
1970 – 1972-ci illərdə “Xəzərdənizneft” birliyinin rəisi,
 +
 
 +
1972 – 1974-cü illərdə “26 Bakı komissarı” adına NQÇİ-nin rəisi,
 +
 
 +
1974 – 1976-cı illərdə Nigeriyada müqavilə əsasında məsləhətçi,
 +
 
 +
 
 +
1976 – 1982-ci illərdə “Hidrodənizneft” İnstitutunun elmi işlər üzrə direktor müavini,
 +
 
 +
1982 – 1986-cı illərdə “Bula-dəniz” NQÇİ-nin rəisi,
 +
 
 +
1986 – 1989-cu illərdə “Hidrodənizneft” Dövlət Elmi Tədqiqat Layihə İnstitutunun elmi-tədqiqat və təcrübə işləri üzrə şöbə müdiri vəzifəsində işləyib.
 +
 
 +
=== İctimai fəaliyyəti ===
 +
1 dəfə SSRİ Ali Sovetinin, 5 dəfə isə Azərbaycan SSR Ali Sovetinin deputatı, bir neçə dəfə Azərbaycan {{KP MK}}-nın üzvü və  Azərbaycan {{KP}} Bakı Şəhər Komitəsinin büro üzvü seçilib.
 +
 
 +
 
 +
=== Vəfatı ===
 +
=== Təltif və mükafatları ===
 +
 
 +
*[[Sosialist Əməyi Qəhrəmanı]] fəxri adının [[Oraq və Çəkic medalı]], 1959.
 +
*[["Lenin" ordeni|“Lenin” ordeni]], 1959.
 +
*“Neft ustası” fəxri adı, 1960.
 +
*“[[Azərbaycan SSR əməkdar mühəndisi]]” fəxri adı, 1964
 +
 
  
1949 – 1951-ci illərdə trestin qazma ustası,
 
  
 
   
 
   

23:34, 18 oktyabr 2020 versiyası

Bəxtiyar Məmmədov
Məmmədov Bəxtiyar Məmmədrza oğlu
Fayl:Bəxtiyar Məmmədov.jpg
Bəxtiyar Məmmədov
bayraqAzərbaycan SSR neft hasilatı sənayesi naziribayraq
1965 — 1970
Şəxsi məlumatlar
Doğum tarixi 18 oktyabr 1925(1925-10-18)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 1989(1989-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Elmi dərəcəsi texnika elmləri namizədi
Təltifləri

Sosialist Əməyi QəhrəmanıAzərbaycan SSR dövlət mükafatı

Lenin ordeni"Oktyabr İnqilabı" ordeni"Qırmızı Əmək Bayrağı" ordeniVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Bəxtiyar Məmmədov — texnika elmləri namizədi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSRİ-nin Dövlət mükafatı laureatı, Respublikanın əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi, SSRİ-nin neft ustası. 4 çağırış Azərbaycan SSR-in, 1 çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdu.

Haqında məlumatlar

18 oktyabr 1925-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1943 – 1949-cu illərdə Azərbaycan Sənaye institutunda dağ-mədən mühəndisi ixtisası üzrə təhsil alıb.

Elmi fəaliyyəti

1963-cü ildə namizədlik dissertasiyası müdafiə edib.

Əmək fəaliyyəti

1948 – 1949-cu illərdə əvvəl “Orcenikidzeneft” trestinin 5-ci mədənində neftçıxarma ustasının köməkçisi, sonra turbinli qazmanın şərq konturunda 6-cı dərəcəli qazma köməkçisi, “Orcenikidzeneft” trestinin 1-ci mədənində qazma ustası, həmin trestin mədən müdirinin növbətçi köməkçisi,

1949 – 1951-ci illərdə “Orcenikidzeneft” trestinin qazma ustası, mədən istismarı üzrə 1-ci mədəndə böyük mühəndis,

1951 – 1952-ci illərdə “UmBakı” mədənində baş mühəndis,

1952-ci ildə “Qobustanneft” trestinin “UmBakı” mədəninin müdiri,

1952 – 1955-ci illərdə “Gürcənneft” neft-mədən idarəsinin 1-ci və ikinci mədənlərinin müdiri,

1955 – 1962-ci illərdə Sov.İKP XXII qurultayı adına meft-mədən idarəsinin rəisi,

1962 – 1963-cü illərdə “Azneft” birliyinin rəis müavini, baş mühəndisi,

1963 – 1965-ci illərdə “Başdənizneft” idarəsinin rəisi,

1965 – 1970-ci illərdə Azərbaycan SSR neft sənayesi naziri,

1970 – 1972-ci illərdə “Xəzərdənizneft” birliyinin rəisi,

1972 – 1974-cü illərdə “26 Bakı komissarı” adına NQÇİ-nin rəisi,

1974 – 1976-cı illərdə Nigeriyada müqavilə əsasında məsləhətçi,


1976 – 1982-ci illərdə “Hidrodənizneft” İnstitutunun elmi işlər üzrə direktor müavini,

1982 – 1986-cı illərdə “Bula-dəniz” NQÇİ-nin rəisi,

1986 – 1989-cu illərdə “Hidrodənizneft” Dövlət Elmi Tədqiqat Layihə İnstitutunun elmi-tədqiqat və təcrübə işləri üzrə şöbə müdiri vəzifəsində işləyib.

İctimai fəaliyyəti

1 dəfə SSRİ Ali Sovetinin, 5 dəfə isə Azərbaycan SSR Ali Sovetinin deputatı, bir neçə dəfə Azərbaycan KP MK-nın üzvü və Azərbaycan KP Bakı Şəhər Komitəsinin büro üzvü seçilib.


Vəfatı

Təltif və mükafatları



1951-1952-ci illərdə Qobustanneft trestinin böyük mühəndisi, Umbakı mədəninin rəisi, 1952-1955-ci illərdə Gürganneft neft- mədən idarəsində I və II mədənlərin müdiri; 1955-1962-ci illərdə Gürganneft (indiki Neft Daşlan NQÇİ) neft-mədən idarəsinin rəisi; 1962-1963-cü illərdə «Azneft» Birliyinin rəis müavini, baş mühəndis; 1963-1965-ci illərdə Başdənizneft idarəsinin rəisi; 1965-1970-ci illərdə Azərbaycan SSR-in Neft Sənayesi naziri; 1970—1972-ci illərdə Xəzərdənizneft İstehsalat Birliyinin rəisi; 1972-1974-cü illərdə 26 Bakı Komissan adma NQÇİ-nin rəisi; 1974-1976-cı illərdə xarici ölkəyə xidməti ezamiyyətdə - Nigeriyada kontrakt rəhbərinin məsləhətçisi; 1976-1982-ci illərdə «Dənizneftqazlayihə» DETL İnstitutunun elmi işlər üzrə direktor müavini; 1982-1986-cı illərdə «SSRİ-nin 50 illiyi» adına NQÇİ-nin («Bulla-dəniz» NQÇİ) rəisi; 1986-1989-cu illərdə Dənizneftqazlayihə DETL İnstitutunda şöbə rəisi işləmişdir. 1943-cü ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. Onun əmək fəaliyyəti bütünlüklə Azərbaycanda neft yataqlarının mənimsənilməsi ilə bağlı idi. İnstitutu bitirdikdən sonra o Ordjenikidzeneft trestinin mədənlərində neft hasilatı və qazılması üzrə usta köməkçisi, usta, böyük mühəndis, sonra isə, Qobustanneft trestinin ÜmBakı yatağında baş mühəndis və mədən rəhbəri işləmişdir.[1]

"Neft Daşları" kimi unikal yatağın sənaye işlənilməsinə başlandıqdan sonra Məmmədov B.M. burada mədən rəhbəri işləmiş, yatağın təchizatına rəhbərlik etmişdir. 1955-ci ildə, yeni "Neft Daşları" NQÇİ yarandıqdan sonra, Məmmədov B.M. yeddi il ərzində onun rəhbəri olmuşdur. 1962-ci ildə o "Azərneft" İB-də baş mühəndis-rəis müavini, sonra isə "Başdənizneft" birliyinin rəhbəri olmuşdur. 1963-cü ildə "Çoxlaylı dəniz neft yataqlarında quyu və layların qazılması, işlənməsi və tədqiqi prinsipləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1965-1970-ci illərdə Azərbaycanın neft hasilatı sənayesi naziri olmuşdur. Nazirliyin ləğvindən sonra, 1970-ci ildən etibarən o "Xəzərdənizneft" İB-nin rəisi işləmişdir. 1974-1976-cı illərdə Nigeriyanın dəniz yataqlarının təchizatı və işlənilməsi üzrə işlərə rəhbərlik etmişdir. 1976-1982-ci illərdə "Qipromorneftqaz"da iqtisadiyyat üzrə direktor müavini, 1982-1986-cı illərdə isə "Bulla-dəniz" iri qaz-kondensat yatağında NQÇİ-nin rəhbəri olmuşdur.

Ailəsi

Nadir şəxsiyyət olan Bəxtiyar Məmmədov həm də qayğıkeş ailə başçısı idi. O, üç övlad tərbiyə edib, cəmiyyətə layiqli varislər verib. Oğlu Yaşar ARDNŞ-də məsul vəzifədə çalışır. Böyük qızı İntizar xanım uşaq həkimidir, kiçik qızı Hicran xanım isə ginekoloq işləyir. Beş nəvəsi, on nəticəsi var. Yeganə oğlan nəvəsinin oğlu Bəxtiyar Məmmədovun adını daşıyır.

Əmək fəaliyyəti

Otuz yaşı yenicə tamam olmuş Bəxtiyar Məmmədov, dənizdə yeni yataqlar aşkar edilən bir zamanda, 1955-ci ildə Neft Daşlarında «Gürganneft» (indiki Neft Daşlan NQÇİ) neft mədənləri idarəsinə rəis təyin edilmişdi. Bəxtiyar Məmmədovun rəhbərlik etdiyi dövrdə Neft Daşlan da özünə şöhrət tapmışdı. Onun bilavasitə rəhbərlik və iştrakı ilə yüzlərlə neft quyulan qazılıb mənimsənilmiş, 10 kilometrlərlə estakadalar, yüzlərlə meydançalar, 2 saylı yaşayış qəsəbəsi, gəmiyanalma körpüləri, şirin su təchizatı ilə əlaqədar qurğular, 300 yerlik mədəniyyət sarayı, yeməkxanalar, dəniz suyunu mexaniki qanşıqlardan təmizləyən sutəmizləyici qurğular, sənaye-yanğınsöndürmə nasos stansiyalan, elektrik enerjisi paylayan yarımstansiya, 100 kilometrlərlə aşağı və yüksək gərginlikli kabel xətləri, aşağı və yüksək təzyiqli qaz, su, neft xətləri, texnikum binası, çoxlu sayda mədəni-məişət obyektləri, kitabxana, mağaza və s. tikilib istifadəyə verilmişdi. Neft Daşlarının mərkəzində sahəsi 6000 m2 olan süni Çvanov adasının yaradılması, gücü sonralar 30.000 Kvt-a çatdırılan buxar turbinli elektrik stansiyasının birinci mərhələsinin işə salınması məhz Bəxtiyar Məmmədovun rəhbərlik etdiyi dövrə təsadüf edir. Həmin dövrdə Neft Daşlarında mürəkkəb məsələlərdən olan işçilərin vertolyot və «Volqoqrad» sərnişin gəmisi ilə daşınması öz həllini tapmışdı. 1955-ci ildə Bəxtiyar Məmmədov «Gürganneft» neft mədənləri idarəsinə rəis təyin edilərkən neft hasilatı 2.404 min ton, laya vurulan su 3736 min ton, elektrik enerjisi 5,9 mln. Kvt.s olmuşdusa, 1962-ci ildə Neft Daşlarından gedərkən həmin göstəricilər müvafiq olaraq 5,773 min ton, 7,084 min ton, 75,4 mln. Kvt.s olmuşdur. Dünyada neftli laylara süni təsir metodlarının əksəriyyətinin «Neft Daşlan» yatağında tətbiq edilməsində Bəxtiyar Məmmədovun böyük rolu olmuşdur. Bunun da nəticəsində quyularm əksəriyyəti fontan üsulu ilə işlə-mişdir. Ümumiyyətlə, Xəzər dənizinin neft və qaz ehtiyatlarının kompleksli mənimsənilməsində Bəxtiyar Məmmədovun gördüyü işi əvəzedilməzdir. Qısa bir vaxtda açıq dənizdə Neft Daşlarını nəhəng neft mərkəzinə çevirməklə Bəxtiyar Məmmədovun titanik əməyi olmuşdur. Onun bir rəhbər kimi ümumi mədəni səviyyəsi çox yüksəklərə qalxmışdır. Bəxtiyar Məmmədov «Azneft» Birliyinin rəisi, «Başdənizneft» İdarəsinin rəisi, Azərbaycan SSR-in Neft Sənayesi naziri işləyərkən də öz mənəvi keyfiyyətlərinə sadiq qalmış, şəxsi xoşbəxtliyinin böyük bir hissəsini başqalarının xoşbəxtliyinə bəxşiş etmişdir. O, sanki hər addımbaşı onu əhatə edən xoşbəxtliyi ətrafındakılara paylamaqdan mənəvi zövq alırdı. Bəxtiyar müəllim neftçilərin qəlbinə elə yol tapmışdı ki, zaman keçdikcə bu səmimiyyət liderliyə çevrilmişdir. Bəxtiyar Məmmədov dünya şöhrətli neftçilər - S.Orucov, S.Vəzirov, Ə.Əlixanov, Ə.Əmirov, Ə.Süleymanov, X. Yusifzadə, Q.Abasov, N.Babayev, B.Hacıyev, F.Səmədov kimi nəhənglər tərəfindən əsası qoyulan neft sənayemizdə sağlam, işgüzar mühitdə işləyib formalaşmış, öz istedadı, əməksevərliyi və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində zirvələrə yüksəlmiş və nəhayət, neft-qazçıxarma sənayesində əbədiyaşar insana çevrilmişdi. Bəxtiyar Məmmədovu neftçilərin sevimlisi edən onun şəxsi keyfiyyətləri — sadəliyi, insanpərvərliyi, qayğıkeşliyi, yüksək bilik və mədəniyyətə malik olması yaxşı adamlara geniş yol açmasıdır.

Xatirələr

Bəxtiyar Məmmədovun xeyirxahlığı mənim şəxsi taleyimdə də öz sözünü deyib. Onunla təmasda olduğum xoşbəxt anlar xatirimdə heç vaxt silinməyən izlər qoyub. Həmin anlan düşündükcə, o böyük insanın nəhəngliyi bir daha gözlərim önündə yenidən canlanır. 1957-ci ilin 3 iyul günü idi. Mən Azərbaycan Sənaye İnstitutunu bitirib, təyinatla Neft Daşlarına işləməyə gəlmişdim. Bəxtiyar Məmmədovun xeyir-duası ilə o vaxtlar birinci mərhələsi işə düşmüş buxar turbinli elektrostansiyaya böyük maşinist vəzifəsinə təyin olundum. Noyabr ayının əvvəlində buxar generatoru sexinin rəisi vəzifəsinə qeyri-millətdən olan bir şəxsin təyin olunması xəbərini eşidib, idarənin rəisi Bəxtiyar Məmmədovun qəbuluna getdim. O, məni qəbul edib, dinləməyə başladı. Mən həmin vəzifəyə layiq olduğumu və qeyri-millətdən olan, ali təhsili olmayan şəxslə hər ikimizin imtahan olunmamızı xahiş etdim.. O, məndən «İmtahandan yaxşı çıxacaqsanmı?» deyə soruşdu. Mən qətiyyətlə «bəli» dedim. İki gündən sonra mənim sex rəisi təyin olunmağım barədə əmr imzalandı. Bəxtiyar müəllim 1958-ci ilin fevral ayında 5 aylıq ixtisasartırma kurslarına getməyimi məsləhət gördü. Mən həmin kursu 3 aya əla qiymətlə başa çatdırıb qayıtdım. O, Neft Texnikumunun Neft Daşlanndakı filialına əvəzetmə ilə rəhbərlik etməyim barədə təqdimat verdi. Otuz ilə yaxm rəhbəri olduğum filialda elmi- pedaqoji fəaliyyətimə görə ona minnətdaram. 1960-cı ildə, cəmi 3 il işlədikdən sonra o, mənə yaşayış evi verdi. O, 1959—1961 -ci illər¬də 8-ci km qəsəbəsində bir məhəllədə 15 ədəd beşmərtəbəli bina tikdirib, gənc mütəxəs¬sislərin 90-95%-ni evlə təmin etmişdi/® Bəxtiyar Məmmədov gənc mütəxəssislərə qarşı olduqca tələbkar, onların bir mütəxəssis

kimi yetişməsində əvəzsiz qayğı göstərən, yüksək elmə və mədəniyyətə malik bir ziyalı idi. Onun verdiyi tövsiyələr şəxsən mənim hə¬yatımda böyük rol oynamışdır. Əgər 1951-ci ih də Neft Daşlarında 35 mühəndis və 25 texnik var idisə, məhz onun qayğısı nəticəsində 1961-ci ildə 214 mühəndis və 166 texnik işləyirdi. 1956-cı äldə Bakı Axşam Neft Texnikumu¬nun filialının açılması, 1959-cu ildə fəhlə- gənclər məktəbinin təşkili, Neft-Kimya İnstitutunun qəbul komissiyası tərəfindən qəbul imtahanlarının Neft Daşlarında aparılması onun gənclərə olan xüsusi münasibətinin nəticəsi idi. 1968-ci ilin avqust ayının 5-də mənə xəbər verdilər ki, nazir Bəxtiyar Məmmədov məni yanına dəvət edib. Onda mən Neft Daşlarında ümumi elektrik təsərrüfatı sexinə və buxar turbinli elektroştansiyaya rəhbərlik edir¬dim, rəis vəzifəsində işləyirdim. Mən nazirin qəbul otağında olarkən bu gün də gözlərim önündə canlanan kövrək bir xatirənin şahidi oldum. Nazirin qəbulundan çıxan yaşlı bir qadm göz yaşlarını saxlaya bilməyərək, hönkürtü ilə ağlayırdı. Qəbul otağında olanlarm hamısı təşviş və həyəcan içində qadını sakitləşdirməyə çalışırdı. Bir qədər keçdikdən sonra qadm özünə gəlib, baş verənləri danışmağa başladı. Məlum oldu ki, həmin qadının 2 aylıq nəvəsinin ana südünə kəskin ehtiyacı olduğundan uşaq ölüm ərəfəsindəymiş. Hər yerdən əli üzülən nənə, mərhum əri neftçi olduğundan, Bəxtiyar müəllimə müraciət etmək qərarına gəlir. Nazir onu xoş üzlə qarşılayaraq, «narahat olmayın, sabahdan evinizə ana südü gətiriləcək» - deyir. Artıq o vaxtdan 3 ay keçib, hər gün evimizə ana südü gətirilir və nəvəmin vəziyyəti çox yaxşıdır. Mən nazirə minnətdarlığımı bildirmək üçün gəlmişdim. O, məni dinlədikdən sonra bildirdi ki, «ev şəraitinizin ağır olduğunu öyrənmişəm, ona görə də sizə ikiotaqlı mənzil ayırmışam». Mənim sevincimin həddi-hüdudu yoxdur. Axıtdığım göz yaşlan sevinc yaşlarıdır. Bu qadının göz yaşları böyük insana olan istəyin, minnətdarlığın ifadəsi idi. Bizim nazir Bəxtiyar Məmmədov insanlara beləcə, bəxtiyarlıq bəxş edərdi. O, məni qəbul edib bildirdi ki, neftvermə qabiliyyətini artırmaq üçün mütərəqqi üsullardan biri olan, laylara yüksək parainetrli buxar vurmaq üçün Yaponiya dövləti SSRİ üçün 15 ədəd, hər biri 2 vaqondan ibarət buxar generatoru qurğusu hazırlamalıdır. Sizin, bu işə rəhbərlik etmək üçün 9 ay müddətinə Yaponiyaya ezam olunmağınız üçün Moskvaya təqdimat göndərmişik. Mən onun xeyir-duası ilə Yaponiyaya yola düşdüm. 9 aya nəzərdə tutulan işləri 7 ayda yerinə yetirib vətənə qayıtdım və görülmüş işlər barəsində ona məlumat verdim. O gülümsəyərək mənə bildirdi ki, gördüyün işlər bərəsində səndən qabaq təşəkkür dolu məktub almışam, «çox sağ ol». Bu, mənim həyatda qazandığım ən böyük qələbə və sevinc idi. Onunla bilavasitə işlədiyim illərdə dəfələrlə şahidi olmuşdum ki, o, kadrlara həmişə xüsusi diqqətlə yanaşır, onların insani keyfiyyətlərini, səriştəsini psixoloq dəqiqliyilə aşkar edirdi.[2]

Elmi fəaliyyəti

Məmmədov B.M. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.

Məmmədov B.M. 50 elmi məqalənin müəllifidir. İxtiralara görə 9 müəlliflik şəhadətnaməsi alıb.

Məsul vəzifələrdə olmaqla, o dəfələrlə Azərbaycan KP MK-nın tərkibinə seçilmiş, özünün mühəndis və təşkilatçı kimi qeyri-adi bacarıqları ilə respublikanın dənizdə neft hasilatının inkişafı və təşəkkül tapmasında əhəmiyyətli rolu olmuşdur və buna görə Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın Dövlət Mükafatı laureatı adlarına layiq görülmüşdür. O həmçinin "Azərbaycan neft ustası", "Azərbaycanın əməkdar mühəndisi", "SSRİ Fəxri neftçisi" fəxri adlarına layiq görülmüşdür. Lenin, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif olunmuşdur.

Mükafatları

Neft sənayesinin, xüsusilə dəniz neftinin inkişafında böyük xidmətlərinə görə Bəxtiyar Məmmədov Sosialist Əməyi Qəhrəmanı, Azər¬baycan SSRİ-nin Dövlət mükafatı laureatı, respublikanın əməkdar mühəndisi, «SSRİ-nin fəxri neftçisi», «SSRİ-nin neft ustası» fəxri adlarına layiq görülmüşdür. «Qırmızı Əmək Bay rağı», «Oktyabr İnqilabı» ordenləri və medal¬larla təltif edilmişdi. Bəxtiyar Məmmədov 4 çağırış Azərbaycan SSR-in, 1 çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdu. Altmışdan çox elmi məqalənin, onlarla patent, ixtira və səmərələşdirici təklifin müəllifi idi. Onun bir neçə monoqrafiyası bu gün neftçilərin stolüstü kitablarına çevrilmişdir.

Mənbə

  • "Azərbaycanın neftçi alimləri" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2007, 252 s.

İstinadlar

  1. Yusifzadə, Xoşbəxt (02 Dekabr 2011). "Peşəkar neftçi, yaradıcı mühəndis, istedadlı alim". azerbaijan-news.az. Azərbaycan qəzeti. İstifadə tarixi: 7 mart 2016.
  2. Bayram Bayramov. Neft Daşları - tufanlar qoynunda həyat

Ədəbiyyat

Məmmədov Ə., Xalıqov F. Məmmədov Bəxtiyar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 372 – 373. — 1.000 nüsx.