Bəxtiyar Məmmədov

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 03:31, 5 yanvar 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
..

Bəxtiyar Məmmədov (1925–1989) — Azərbaycan sovet dövlət xadimi və neft sənayesi mütəxəssisi, texnika elmləri namizədi, Azərbaycan SSR əməkdar mühəndisi, Sosialist Əməyi Qəhrəmanı. 1965 – 1970-ci illərdə Azərbaycan SSR neft hasilatı sənayesi naziri vəzifəsində çalışmışdır.

Bəxtiyar Məmmədov
Məmmədov Bəxtiyar Məmmədrza oğlu
Bəxtiyar Məmmədov.png
Bəxtiyar Məmmədov.

Haqında məlumatlar

18 oktyabr 1925-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1943 – 1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunda dağ-mədən mühəndisi ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti

 
Ön sırada soldan birinci: Bəxtiyar Məmmədov, Leonid Brejnev, Heydər Əliyev.

1948 – 1949-cu illərdə əvvəl “Orconikidzeneft” trestinin 5-ci mədənində neftçıxarma ustasının köməkçisi, sonra turbinli qazmanın şərq konturunda 6-cı dərəcəli qazma köməkçisi, “Orconikidzeneft” trestinin 1-ci mədənində qazma ustası, həmin trestin mədən müdirinin növbətçi köməkçisi,

1949 – 1951-ci illərdə “Orconikidzeneft” trestinin qazma ustası, mədən istismarı üzrə 1-ci mədəndə böyük mühəndis,

1951 – 1952-ci illərdə “UmBakı” mədənində baş mühəndis,

1952-ci ildə “Qobustanneft” trestinin “UmBakı” mədəninin müdiri,

1952 – 1955-ci illərdə “Gürcənneft” (Neft Daşları) neft-mədən idarəsinin 1-ci və 2-ci mədənlərinin müdiri,

1955 – 1962-ci illərdə Sov.İKP XXII qurultayı adına neft-mədən idarəsinin rəisi,

1962 – 1963-cü illərdə əvvəl “Azneft” birliyinin rəis müavini, sonra baş mühəndisi,

1963 – 1965-ci illərdə “Başdənizneft” idarəsinin rəisi,

1965 – 1970-ci illərdə Azərbaycan SSR neft sənayesi naziri,

1970 – 1972-ci illərdə “Xəzərdənizneft” birliyinin rəisi,

1972 – 1974-cü illərdə “26 Bakı komissarı” adına NQÇİ-nin rəisi,

1974 – 1976-cı illərdə Nigeriyada müqavilə əsasında məsləhətçi,

1976 – 1982-ci illərdə “Hidrodənizneft” İnstitutunun elmi işlər üzrə direktor müavini,

1982 – 1986-cı illərdə “Bula-dəniz” NQÇİ-nin rəisi,

1986 – 1989-cu illərdə “Hidrodənizneft” Dövlət Elmi-Tədqiqat Layihə İnstitutunun elmi-tədqiqat və təcrübə işləri üzrə şöbə müdiri vəzifəsində işləyib.

İctimai fəaliyyəti

Bir dəfə SSRİ Ali Sovetinin (7-ci çağırış), dörd dəfə isə Azərbaycan SSR Ali Sovetinin deputatı (4, 5, 6 və 8-ci çağırış), bir neçə dəfə Azərbaycan KP MK-nın üzvü və Azərbaycan KP Bakı Şəhər Komitəsinin büro üzvü seçilib. Sov.İKP XX qrultayının nümayəndəsi olub.

 
Bəxtiyar Məmmədov ailəsi ilə birlikdə.

Elmi fəaliyyəti

1963-cü ildə namizədlik dissertasiyası müdafiə edib. Neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. 50 elmi məqalənin müəllifidir. İxtiralara görə 9 müəlliflik şəhadətnaməsi alıb.

Təltif və mükafatları

Vəfatı

26 mart 1989-cu il tarixdə – 63 yaşında, Bakıda vəfat edib.

Ailəsi

Üç övladı olub; oğlu Yaşar ARDNŞ-də məsul vəzifədə çalışır. Böyük qızı İntizar uşaq həkimidir, kiçik qızı Hicran isə ginekoloq işləyir.

Xatirəsi

Bakıda və Şəkidə vaxtilə yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Şəkidə bir küçəyə adı verilib.

Ədəbiyyat

  1. ./mode/2up MƏMMƏDOV Bəxtiyar Məmmədrza oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1982. — VI  cild. — Səhifələrin sayı:  647. — Səh.: 498. — 80.000 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. . . // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 372-373. — 1.000 nüsx.
  3. .

.