Bəhram Çələbi
Bəhram Çələbi | |
---|---|
Mustafabəyli Bəhram Nütvəli oğlu | |
Bəhram Çələbi | |
Bəhram Çələbi | |
Təxəllüsü | Bəhram Çələbi |
Doğum tarixi | 26 oktyabr 1946 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, energetika fakültəsi ( – 1969) |
Bəhram Çələbi — Azərbaycan yazıçısı, daha çox kriminal avtoritetlər haqqında qələmə aldığı romanları ilə tanınır və bu mövzuda 10-dan çox kitabı çap olunmuşdur.
Haqqında məlumatlar
26 oktyabr 1946-ci il tarixdə Nuxada anadan olub.
Təhsili
1964-cü ildə Nuxa şəhər 2 №-li orta məktəbi,
1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirib.
Əmək fəaliyyəti
1969 – 1972-ci illərdə Sumqatyıt Elmi-Tədqiqat İnstitutunda layihələşdirici mühəndis,
1972 – 1975-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika kafedrasında laborant,
1975 – 1978-ci illərdə yenidən Sumqatyıt Elmi-Tədqiqat İnstitutunda layihələşdirici mühəndis,
1978– 1980-cı illərdə Şəki Texniki Peşə məktəbində müəllim,
1980 – 1996-cı illərdə Şəki Şahmat Məktəbinin direktoru vəzifəsində işləyib.
1996-cı ildə Bakıda "Kaspian Oyl" informasiya agentliyində işə başlamış, daha sonralar “Avtoritet”, “Kriminal”, “İnterpolis” qəzetlərində işləyib. "Oğru dunyası" mövzusunda kitabları 2003-cü ildən başlayaraq nəşr olunr.
Yaradıcılığı
İlk olaraq idman mövzusunda məqalələr, şeirlər, hekayələri, daha sonra “Avtoritet”, “Kriminal”, “İnterpolis” qəzetlərində kriminal mövzuda məqqalələri dərc olunub.
2003-cü ildən oğru dunyası mövzusunda kitabları çap olunmağa başlayıb. İlk kitabı “Diktator Ağakərim” romanı olub; bunun rus dilində tərcüməsi isə “Boq Urala” adı ilə oxuculara təqdim edilib.
Kitabları
- “Diktator Ağakərim” (2003);
- “Mamlyuk Cəbrayıl” (2004);
- “Lotu Bəxtiyar” (2003);
- “Lotu Bəxtiyar” (I, II, III kitablar 2006, 2007, 2008);
- “Dağlı Cavanşir” (2007);
- “Sabirabadlı Hikmət” (2007);
- “Lotular, cayıllar və...” (2010);
- “TT Nəriman” (2010);
- “Zina Passajskaya” (2013);
- “Lotu Bəxtiyar” (2013);
- “Hakimiyyətə doğru yürüş” (2014);
- “Rusiya mafiyasının liderləri” (2014);
- “Yoqa hamı üçün” (2015);
- “Rövşən Lənkəranski” (2016).
Ədəbiyyat
- Orsər R. Bəhram Çələbi // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 492. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- ""Moskvada Lotu Bəxtiyarın sümüklərini sındırmışdılar" MÜSAHİBƏ". https://kulis.az/ (azərb.). Kulis.Az. 1 may 2013 - 14 iyul 2018-ci il tarixində arxivləşdirilib.
- B
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış pedaqoqlar
- İşləməyən fayl keçidləri olan səhifələr
- 26 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 1946-cı ildə doğulanlar
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr