Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Cəbrayıl Hüseynov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:38, 12 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Cəbrayıl Hüseynov
Hüseynov Cəbrayıl Muxtar oğlu
Cəbrayıl Hüseynov
Cəbrayıl Hüseynov
Doğum tarixi 16 yanvar 1913(1913-01-16)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 14 dekabr 1974 (61 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi aqrar elmlər doktoru
Təhsili 1934-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitu­tu­, aqronomluq fakültəsi (1934)
Mükafatları "Şərəf Nişanı" ordeni

Cəbrayıl Hüseynov


Haqqında məlumatlar

16 yanvar 1913-cü il tarixdə Nuxada anadan olub.

Təhsili

1934-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitu­tu­nun aqronomluq fakültəsini bitirib.

Elmi fəaliyyəti

1939-cu ildə aqrar elmlər namizədi,

1947-ci ildə aqrar elmlər doktoru elmi dərə­cəsini,

1948-ci ildə isə rofessor elmi adını alıb.

1949-cu ildə azərbaycan SSR EA-nın müxbir üzvü,

1961-ci ildə isə hə­qiqi üzvü seçilib.

Əmək fəaliyyəti

Azərbaycan Kənd Təsərrüfatı İnsti­tutunda assis­tent və Azərbaycan ET Pambıqçılıq İnstitutunda baş elmi işçi işləmişdir (1934-1936). Ümum­ittifaq Elmi Tədqiqat Gübrələmə və Aqrotorpaqşünaslıq İnstitutunda aspi­rant olmuşdur (1936-1939). SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Torpaqşünaslıq sektorunda baş elmi işçi (1940), Torpaqşünaslıq və Aqrokimya Bölməsində direktor işləmişdir (1944-1945). Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ilk direktoru olmuş (1945) və bu vəzifədə 1952-ci ilə kimi çalışmışdır. ADU-nun Biologiya fakültəsinin professoru olmuşdur (1952-1969). 1963-cü ildə yenidən İnstitutun direktoru vəzifəsinə seçilmiş və ömrünün axırına kimi (1974) bu vəzifədə çalışmışdır.

Respublikada mineral və üzvi gübrələrin, o cümlədən, fosfor gübrəsinin istehsalı sahəsində alimin mühüm tədqiqatları olmuşdur. Onun təklifi ilə Sumqayıt şəhərində neft sənayesinin tullantısı olan işlənmiş sulfat turşusundan superfosfat istehsal edən zavod tikilmişdir. C.Hüseynov ilk dəfə neft sənayesinin tullantısı olan turş qudrondan superfosfat istehsal edilməsinin nəzəri əsaslarını vermiş, onun bilavasitə istehsalatda tətbiq edilməsinə nail olmuşdur. 1958-1963-cü illərdə akademik C.Hüseynov tərəfin­dən neft emalı sənayesi tullantılarından alınan neft-boy maddəsi (NBM) nəinki Res­pub­likamızda, həm də dünya miqyasında geniş marağa səbəb olmuşdur. Böyük təsər­rüfat əhəmiyyəti nəzərə alınaraq NBM o illərdə respublikamızın əkinçilik zona­larında müxtəlif kənd təsərrüfatı bitkiləri əkinində (127 min hektar) fəal üzvi təsir­edici maddə kimi istifadə edilmişdir. Son tədqiqatları əsasən neft sənaye tullan­tılarından alınmış yeni üzvi-mineral güb­rələrin, eləcə də respublikada böyük ehtiyatı olan bitumlu süxurun və yanar şistin kənd təsərrüfatında geniş tətbiqinə həsr edilmişdir.

C.Hüseynov 200 elmi əsərin, o cümlədən, 6 monoqrafiya və 12 müəlliflik şəha­dətnaməsinin müəllifidir. Onun rəhbərliyi altında 50-dən artıq fəlsəfə doktoru, 4 elm­lər doktoru elm aləminə vəsiqə almışdır.

C.Hüseynov SSRİ Dövlət Mükafatı almış (1950), 2 dəfə «Şərəf nişanı» ordeni (1943, 1951), 5 müxtəlif medalla təltif edilmişdir.

Akademik Cəbrayıl Hüseynov 1974-cü ildə Bakıda vəfat etmişdir.

İstifadə edilmiş mənbələr

  • Məmmədov Ə., Xalıqov F. Hüseynov Cəbrayıl // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 242 – 244. — 1.000 nüsx.
  • Hüseynov Cəbrayıl Muxtar oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 290. — 80.000 nüsx.
  • "Vəfat etmiş həqiqi üzvlər/Hüseynov Cəbrayıl Muxtar oğlu". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 28 Mar 2018 – 23 Sep 2020 tarixində arxivləşdirilib.