Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Cəfərabad rayonu

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 18:19, 13 iyul 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nuxa okruqu
rayon
Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması, Nuxa fəhləsi, 1930.jpg
Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması // Şəki fəhləsi : qəzet. — Nuxa, 1930. — В. may. — № 25 (772). — Səh. 4.
İnzibati  mərkəz: Cəfərabad
Yaranma  tarixi: 8 aprel 1929(1929-04-08)
Ləğv  olunma  tarixi: 1 fevral 1931
(1 il mövcud olub) 664 gün mövcud olub
Coğrafi  region: Azərbaycan SSR
Yerləşirdi: Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ

Cəfərabad rayonu — Azərbaycan ərazisində 1929 – 1931-ci illərdə mövcud olmuş inzibati ərazi. Əvvəl ikinci dərəcəli, sonra birinci dərəcəli inzibati ərazi olub. 8 kənd sovetliyindən və cəmi 35 kənddən ibarət idi. İnzibati mərkəzi Cəfərabad kəndi olub.

Haqqında məlumatlar

8 aprel 1929-cu il tarixdə VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə Şəki qəzası ilə Zaqatala qəzasının birləşdirilərək Zaqatala-Şəki mahalının təşkil edilməsi zamanı keçmiş Şəki qəzasının Cəfərabad dairəsinin yerində yaradılmış, mahalın Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə ləğv edilməsindən və yerində Zaqatala və Nuxa okruqları təşkil edilməsindən sonra Nuxa okruqunun tərkibinə qatılmışdır. Okruq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə ləğv edildikdən sonra isə okruqun tərkibindəki ikinci dərəcəli inzibati ərazilər – rayonlar, kimi Cəfərabad rayonu da birinci dərəcəli inzibati əraziyə çevrildi. Lakin 1931-ci ilin fevralında Cəfərabad rayonu ləğv olundu və ərazisi eyni tarixdə yaradılmış Nuxa rayonunun tərkibinə verildi.

Tərkibindəki kənd sovetlikləri və kəndlər

  1. Cəyirli:
    1. Cəyirli,
    2. Çayqaraqoyunlu,
    3. Qayabaşı,
    4. Çaykənd.
  2. Dağ Qaraqoyunlu
    1. Cənnətli,
    2. Böyük Əlixanlı,
    3. Şirinbulaq,
    4. Kiçik Əlixanlı
  3. Aşağı Küngüt:
    1. Aşağı Küngüt,
    2. Aşağı Daşağıl,
    3. Aşağı Kəldək,
    4. Fazıl.
  4. Aydınbulaq:
    1. Aydınbulaq,
    2. Podnikolka,
    3. Şıxobası,
    4. İbrahimkənd,
    5. Əliyar.
  5. Cəfərabad:
    1. Cəfərabad,
    2. Göybulaq,
    3. Çolaqlı,
    4. Çapağan,
    5. Küdürlü,
  6. Dəhnə:
    1. Böyük Dəhnə,
    2. Kiçik Dəhnə,
    3. Suçma,
    4. Daşbulaq.
  7. Zəyzid:
    1. Orta Zəyzid,
    2. Baş Zəyzid,
    3. Köbər Zəyzid,
    4. Hüseynli,
    5. Vay-vay.
  8. Baş Küngüt:
    1. Baş Küngüt,
    2. Baş Kəldək,
    3. Oravan,
    4. Bideyiz.

Ədəbiyyat

  1. Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması // Şəki fəhləsi : qəzet. — Nuxa, 1930. — В. may. — № 25 (772). — Səh. 4.
  2. İnzibati-ərazi vahidləri : I. İnzibati-ərazi vahidləri haqqında ümumi məlumat : [arx. 17 Jun 2012 - 26 Jun 2022] // Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası. — Müraciət tarixi: 11.07.2022.