Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Cumakənd" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni 'Kateqoriya:C{{YM |ad = CUMAKƏND |xəritə = Seki.PNG |xəritə miqyas = 200px |xəritə məlumat = Şəki rayonu |xəritə1...' ilə yarat)
(Fərqli deyil)

01:11, 17 mart 2020 versiyası

Yaşayış məntəqəsi
Cumakənd


Ölkə Azərbaycan
Rayon Şəki rayonu
Əhalisi 2205 nəfər



CumakəndAzərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

Cumay Şəki rayonunun Baş Göynük inzibati ərazi vahidində kənd. Əyriçayın sahilində Daşüz (Daşyüz) silsiləsinin ətəyindədir. Cuma variantında da qeydə alınmışdır. XIX əsrin sonlarında Şin çayı daşaraq Baş GöynükAşağı Göynük kəndlərində böyük dağıntılar törətdiyindən həmin kəndlərdən xeyli əhali buraya köçmüş və Təzəkənd adlı yaşayış məntəqəsinin əsasını qoymuşdur. Ətəyində yerləşdiyi dağın adı ilə Daşüz Təzəkənd də adlandırılmışdır. 1966-cı ildə el sənətkarı Aşıq Molla Cumanın (1855-1920) şərəfinə Cuma adlandırılmışdır. 1933-cu ildə Bərdədə Cumalar kəndi qeydə alınmışdır[1].

Əhalisi

Kəndin əhalisi 2205 nəfər təşkil edir ki, onun da 1166 nəfəri kişi, 1039 nəfəri isə qadındır.

İstinadlar

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.