Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Daşüz" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni 'Kateqoriya:D{{YM |ad = Daşüz({{dil-rut| Дашюз}}) |xəritə = Seki.PNG |xəritə miqyas = 200px |xəritə məlumat = Şək...' ilə yarat)
(Fərqli deyil)

19:51, 17 mart 2020 versiyası

Yaşayış məntəqəsi
Daşüz


Ölkə Azərbaycan
Region Şəki rayonu
Əhalisi 1190 nəfər
Poçt indeksi AZ5522[1]



DaşüzAzərbaycan Respublikasının Şəki rayonunun Daşüz inzibati ərazi dairəsində kənd.

Tarixi

Əyriçayın (Qanıx çayının qolu) sol sahilində, Daşüz silsiləsinin ətəyindədir. Adını ərazidəki Daşüz (bəzən Daşyüz kimi də qeydə alınır) silsiləsinin adından almışdır. XX əsrin əvvəllərində kəndin ərazisində Ədil xanın at ilxısının tövlələri olmuşdur. 1923-cu ildə burada 71 nömrəli atçılıq zavodu təşkil edilmiş, 1951-ci ildən isə buraya Samux rayonunun Qırmızı Samux sovxozundan camışlar gətirilərək camışçılıq sovxozu yaradılmışdı. Müxtəlif illərdə Tovla, Tavla, Orconikidze adına sovxozun nəzdində qəsəbə də adlandırılmışdır[2].

Daşüz kəndi qədimdən müvcud olmuş bir kəntdir. Tarixi abidlələr əsasında biz bu kəndin hələ 1914-cü ildə müvcud olduğunu sübut edə bilərik.Burada qədimdən qalan bir qala var amma bu qalaya yetərincə diqqət olmadiğından qalanın görünüşü pis vəziyyətdədir.

Əhalisi

Kəndin əhalisini Rutullar təşkil edir.

Kəndin əhalisi 1190 nəfər təşkil edir ki, onun da 570 nəfəri kişi, 620 nəfəri isə qadındır.

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.